Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

siyenit

Syene – Siyena, qədim Misirin Sun şəhərinin yunanca adından

Tam kristallik süxur.

Tərkibi, əsasən, kalium çölşpatları ilə bir və ya bir neçə rəngli mineraldan (əsasən, amfiboldan) ibarətdir. S.-də adətən, plagioklaz, bəzən kvars da iştirak edir.

Coğrafiya terminləri lüğəti

sumbata

Qara və ya tünd-yaşıl rəngli, xırdadənəli mədən süxuru.

Korund, maqnetit, sulfidlər və kövrək mikalardan ibarətdir. S. pardaqlama və cilalamada təbii abraziv material kimi işlədilir.

Coğrafiya terminləri lüğəti

sapfir

yun. sappheiros, qədim yəhudi dilində sappir – göy daş

Korund mineralının bir növü; göy yaqut.

Ti və Fe qatışıqlarından asılı olaraq rəngi göy və ya mavi olur. 1-ci sinif qiymətli daşdır. Əsasən, səpinti yataqlar əmələ gətirir. Sintetik S. korund kimi alınır. Sintetik rəngsiz korund leykosapfir adlanır.

Coğrafiya terminləri lüğəti