Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

soyuq qurşaqlar

Qütb dairələri yaxınlığında və daxilində ən isti ayın orta temperaturu +10°C-dən 0°C-dək olan əraziləri əhatə edən qurşaqlar.

Bu qurşaqlar Şimal yarımkürəsində təxminən 65° şm.e.-dən, Cənub yarımkürəsində təxminən 58° c.e.-dən qütblərə doğru uzanır.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

soyuq səhra

Arktik və dağlıq ərazilərdə rütubət azlığı deyil, istilik çatışmazlığı nəticəsində bitkilərin inkişafı üçün əlverişsiz şəraitə malik landşaft tipi.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

soyuqluq qütbü

Yer kürəsində və ya ayrılıqda hər yarımkürədə Yer səthində ən alçaq temperatur müşahidə olunan məntəqə.

Şimal yarımkürəsində mütləq minimum temperatur (-68˚C) İndiqirka çayının dərəsində, Oymyakon məntəqəsində, Yer kürəsində isə (-88,3˚C) Şərqi Antarktidada “Vostok” stansiyasında qeydə alınıb.

Coğrafiya terminləri lüğəti

sönmüş vulkan

Tarixi dövr ərzində püskürməsi haqqında məlumat olmayan, səthi güclü parçalanmış vulkan.

Dünyanın ən hündür S.V.-ı And dağlarında yerləşən Oxos-del-Saladodur. Bundan başqa, Kazbek, Elbrus, Kamerun, Çimboraso, Dəmavənd və bu kimi S.V.-lar da var.

Coğrafiya terminləri lüğəti

speleologiya

yun. spelaion – mağara + yun. logos – elm, təlim

Mağaraları, onların əmələ gəlməsi səbəblərini, quruluşunu, mikroiqlimini, hidrologiyasını, üzvi aləmini, divar rəsmlərini və s.-ni öyrənən elm sahəsi.

S. fiziki coğrafiyanın bir şöbəsidir, mağaraların coğrafi yayılması və istifadə edilməsi kimi məsələlərlə də yaxından məşğul olur.

Coğrafiya terminləri lüğəti

stalaktit

yun. stalaktos – damcı-damcı sızılmış

Mağaraların tavanından çubuq, boru, buz lüləsi formasında inkişaf edərək sallanan əhəngli mineral törəmə.

S. mağaranın tavanından sızan karbon qazı ilə doymuş sudan kalsium-karbonatın çökməsi nəticəsində yaranır.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

stalaqmit

yun. stalagma – damcı

Mağara, digər yeraltı karst boşluğunun dibindən inkişaf edən konusşəkilli, sütunvarı və s. formalı əhəngli mineral törəmə.

S. mağaranın tavanından damcılayan karbon qazı ilə doymuş sulardan kalsium-karbonatın çökməsi nəticəsində yaranır, aşağıdan yuxarıya doğru böyüyür və çox vaxt stalaktitlərlə birləşərək sütunlar əmələ gətirir.

Coğrafiya terminləri lüğəti

stasionar siklon

lat. stationarius – hərəkətsiz + yun. kyklon – fırlanan

Müəyyən ərazi üzərində uzun müddət qalan, zəif hərəkətli siklon.

Əksər hallarda S.S. bir neçə siklonun birləşməsindən yaranan “mərkəzi siklon” və ya “yerli siklon”dan (İslandiya siklonu, İran-Tar siklonu və s.) ibarət olur.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

step

etimologiyası bəlli deyil

Avrasiya materikinin mülayim iqlim qurşağında, əsasən, mərkəzi hissələrində ot bitkilərindən ibarət meşəsiz ərazi.

Mahiyyət etibarilə S. çöllərə Rusiya Federasiyası, Ukrayna, Qazaxıstanda verilən ad – bozqır, pampa, preri, lyanosun analoqudur. S.-lərin iqlimi quraq, bitki örtüyü kasıb (otlar, kiçik kollar), faunası daha çox gəmiricilərdən, yırtıcılardan ibarətdir, güclü antropoloji təsirə məruz qalıb.

Coğrafiya terminləri lüğəti

stratiqrafiya

lat. stratum – lay, döşəmə + yun. grapho – yazıram

Süxur laylarının yatım ardıcıllığını, qarşılıqlı əlaqələrini, ilkin yatım formalarını, nisbi və mütləq yaşını tədqiq edən elm sahəsi, geologiyanın bir bölməsi.

Paleontologiyageoxronologiya ilə sıx əlaqədə olan S. öz tədqiqatlarında paleontoloji, radiometrik, litoloji, geokimyəvi, paleocoğrafi və b. üsullardan istifadə edir. S. tədqiqatları nəticəsində Yerin ümumiləşdirilmiş vahid stratiqrafik şkalası tərtib edilib.

Coğrafiya terminləri lüğəti

stratopauza

lat. stratum – lay, döşəmə + lat. pausa – dayanacaq, son

Atmosferin təxminən 50-55 km hündürlüklərində yerləşən və stratosferi mezosferdən ayıran, qalınlığı 3-5 km olan qat.

Stratosferdə temperatur yuxarı qalxdıqca yüksəlir və S.-da isə maksimuma çatır. S.-nın temperaturu 0°C-yə yaxındır.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

stratosfer

lat. stratum – lay, döşəmə + yun. sphaira – kürə

Atmosferin troposfermezosfer qatları arasındakı təbəqəsi.

Bu təbəqənin alt sərhədi coğrafi enlikdən asılı olaraq 8-18 km arasında dəyişir, üst sərhədi isə 50-55 km hündürlükdə yerləşir. S.-də yuxarı qalxdıqca temperatur aşağı düşmür, əksinə, -60...-50°C-dən 0-0,8°C-dək yüksəlir. Burada bütün atmosferdə olan suyun 15-20%-i toplanıb.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

stratovulkan

lat. stratum – lay, döşəmə + lat. Vulcanus – qədim romalılarda od və dəmirçilik tanrısı

Bərkimiş lava, püskürmə nəticəsində kənara atılmış daş və kül qatlarından ibarət konusşəkilli vulkan forması.

S.-lara “qatlı vulkanlar” da deyilir. Onların kraterləri hündür, yamacları maili olur. Kifayət qədər qatı lava zirvədən uzağa yayıla bilmir, lakin yamacların çatlarından sızan lava yan dəhlizlər yaradır; məsələn, Etna, Vezuvi, Fudziyama. Bir sıra S.-ların yüksəkliyi 2500 metrdən çoxdur. Türkiyədəki Ağrıdağ və Nəmrud vulkanları belə vulkanlardandır.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti