Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

texniki bitkilər

Məhsulunu sənayedə xammal olaraq istifadə etmək üçün becərilən bitkilər.

T.B.-ə lifli (pambıq, kətan, çətənə və s.), kauçuklu, efir yağlı (mixəkağacı, kamfora ağacı və s.), yağlı (günəbaxan, yerfındığı və s.), şəkərli (şəkər qamışı, şəkər çuğunduru və s.) bitkilər, dərman bitkiləri (jenşen və s.) aid edilir. Bəzi T.B.-dən eyni zamanda müxtəlif sahələrdə, yaxud həm ərzaq məhsulu, həm də xammal kimi istifadə edilir: məsələn, kənaf, kətan və pambıqdan həm lif, həm yağ alınır; kartof həm yeyilir, həm də ondan nişasta hazırlanır. Azərbaycanda T.B.-dən pambıq, tütün, günəbaxan, kartof, dərman bitkiləri və s. becərilir.

Coğrafiya terminləri lüğəti

texnosfer

yun. techne – sənət, ustalıq + yun. sphaira – kürə

Biosferin insanlar tərəfindən texniki vasitələr və texniki nailiyyətlərdən istifadə etməklə əsaslı surətdə dəyişdirilmiş hissəsi.

T. anlayışına insanların sosial-iqtisadi ehtiyaclarından çıxış edərək yaratdıqları texniki və texnogen obyektlər də (binalar, yollar, aqrar-sənaye kompleksləri) daxildir. Bu termini bəzi hallarda “antroposfer” və “noosfer” terminlərinin sinonimi kimi işlədirlər. Lakin T. daha konkret anlayışdır və antroposferin, noosferin ətraf mühitə texniki təsirlə, elmi-texniki tərəqqi ilə bağlı sahələrini əhatə edir.

Coğrafiya terminləri lüğəti

tektonik çökəklik

yun. tektonikos – tikintiyə aid

Yer qabığının tektonik proseslər nəticəsində enmiş, yaxud əyilmiş hissəsi.

T.Ç.-lər – Yer qabığı təkamülünün müxtəlif mərhələlərində dağəmələgəlmə, vulkanik proseslər, litosfer tavalarının hərəkəti nəticəsində yaranmış mənfi relyef formalarının ümumi adıdır. Geosinklinal, platformadaxili, dağlararası, kənar (yaxud ön) və s. T.Ç.-lər fərqləndirilir. Okean çökəkliyi onlardan ən nəhəngidir.

See also:

Coğrafiya terminləri lüğəti

tektonik dağ

Yer qabığında güclü tektonik proseslər, struktur dəyişiklikləri nəticəsində yaranan dağ.

T.D.-lar özləri də qırışıq, faylı və qırışıq-faylı dağlara bölünür. Litosfer tavalarında hərəkətlər plastik dağ süxurlarını sıxışdırır və qırışıq dağlar əmələ gəlir. Havanın, suyun, buzlaqların təsirinə məruz qalan zirvələrdə dağ süxurları plastikliyini itirir, ağırlıq qüvvəsinin, davam edən tektonik proseslərin təzyiqi ilə qırışıq dağlar parçalanır, denudasiyaya uğrayır və qırışıq-faylı dağlar yaranır. Hazırda planetdə qırışıq dağlar çox deyil (məs.: cavan Himalay dağları). Onların əksəriyyəti qırışıq-faylı (məs.: Altay dağları), daha qədimləri isə (məs.: Ural) faylı dağlara çevrilib.

Coğrafiya terminləri lüğəti

tektonik depressiya

1. Yer qabığının tektonik proseslər nəticəsində əyilməsi, enməsi.

2. Yer qabığında tektonik proseslər nəticəsində əyilmiş, enmiş sahə.

Dağlararası çökəkliklər T.D.-lara bariz nümunədir (məs.: Mərkəzi Asiyada Tacikistan depressiyası).

Coğrafiya terminləri lüğəti

tektonik dərə

Tektonik çökəkliklərdə, tektonik mənşəli mənfi relyef formalarında (sinklinal qırışıqlıq, qraben və s.) əmələ gəlmiş çay dərəsi; məs.: Reyn çayının dərəsi T.D.-dir.

Coğrafiya terminləri lüğəti

tektonik göl

Tektonik mənşəli çökəkliklərdə yerləşən göl.

Baykal, Nyasa, Tanqanika, İssık-Kul T.G.-lərə misal ola bilər.

See also:

Coğrafiya terminləri lüğəti

tektonik qırılma

Yer qabığında tektonik hərəkətlər nəticəsində süxurların bütövlüyünün pozulması.

T.Q.-nın əmələ gəldiyi müstəviyə pozulma müstəvisi, qırılmış süxur parçalarına isə qanad deyilir. Pozulma müstəvisində qanadlar yerlərini şaquli istiqamətdə dəyişməyərək bir-birindən aralanmışlarsa, belə qırılma tektonik çat adlanır. Süxurlar şaquli istiqamətdə, yaxud maili hərəkət etdikdə isə qırılma yerdəyişməsi hadisəsi baş verir, əvvəlki vəziyyətinə nisbətən hərəkət etmiş süxur kütləsinə asılı qanad, öz yerində qalmış süxur kütləsinə yatıq qanad deyilir. T.Q. yerdəyişməsi bir neçə cür olur: fay (qırılıb-düşmə), əks fay (qırılıb-qalxma), üstəgəlmə (layların bir-birinin üstünə çıxması), tektonik örtük yaratma və s.

Coğrafiya terminləri lüğəti

tektonik hərəkətlər

Yerin dərinliyində, o cümlədən mantiyasında baş verən, Yer qabığında süxurların deformasiyası ilə nəticələnən tektonik proseslərin yaratdığı mexaniki hərəkətlər.

T.H.-i – qalxmaları, enmələri, sürüşmələri, sınmaları və s. – törədən başlıca amil Yerin altında radioaktiv parçalanma və qravitasiya diferensiasiyası zamanı törəyən enerjidir.  T.H. eyni vaxtda çox böyük ərazini əhatə edir, epeyrogenik və orogenik, üfüqi və şaquli, yönəldilmiş və titrəyişli olur.

Coğrafiya terminləri lüğəti