Dağlıq ərazilərdə yerləşən, əsasən, tektonik və buzlaq mənşəli göllər.
Tektonik göllər dağəmələgəlmə prosesləri nəticəsində Yer qabığının qırışması və sınması nəticəsində əmələ gələn çökəkliklərdə yaranır, adətən, böyük və dərin olur (məs.: Xəzər gölü (sahəsi 371 min km2), Baykal gölü (dərinliyi 1620 m)). Dağlıq sahələrdə dərə gölləri uçqunlar zamanı süxurların çay dərəsini tutması nəticəsində formalaşır. 1139-cu ildə zəlzələ zamanı Kəpəz dağının bir hissəsi uçub Ağsu çayının dərəsini doldurduqdan sonra dərinliyi 100 m-ə çatan Göygöl meydana gəlib.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətiMənşəyi və geoloji yaşı eyni olan dağlar qrupu.
D.S. dağ silsilələri, dağ massivləri, dağ keçidləri və s. mürəkkəb elementlərdən ibarət olur. Təcrid olunmuş (məsələn, Ural) və ya dağlıq ölkədə yanaşı yerləşən (məsələn, Altay, Qərbi Sayan, Şərqi Sayan) D.S.-lərinə rast gəlinir.
Coğrafiya terminləri lüğətifr. terrasse – meydança
Dağların yamaclarında səthi üfüqi və bir qədər meyilli pillələrdən ibarət relyef forması.
D.T. torpaq sürüşmələri, denudasiya nəticəsində və s. səbəblərdən yaranır. Bəzi dağlıq rayonlarda onlardan zolaqşəkilli əkin sahələri kimi istifadə olunur.
Coğrafiya terminləri lüğətiDağ yamaclarında böyük süxur kütləsinin qoparaq aşağı düşməsi.
D.U. yerüstü və yeraltı suların təsiri, habelə tektonik proseslər nəticəsində əmələ gəlir. Belə uçqunlar dağlarda yolları sıradan çıxarır, bəzən çay dərəsinin qarşısını kəsərək bənd gölləri əmələ gətirir. Pamirdə (Tacikistan) Sarez gölü, Azərbaycanda Göygöl, Maralgöl, Abxaziyada Ritsa gölü uçqun zamanı yaranıb.
Coğrafiya terminləri lüğətiGündüz dərələrdən dağlara (dərə küləkləri), gecə isə dağlardan dərələrə (dağ küləkləri) əsən küləklər.
Belə küləklər hava dövranı sistemində dağ yamacları və dərələr üzərində yaranan temperatur və təzyiq fərqi nəticəsində əmələ gəlir. D.-D.K. gündüzlər buludların əmələ gəlməsinə, gecələr çəkilməsinə şərait yaradır.
Coğrafiya terminləri lüğətiEndogen qüvvələrin təsiri altında dağların formalaşması prosesi.
Geoloji tarixdə beş D. mərhələsi olub. Baykal qırışıqlığı zamanı planetin ən qədim platformaları yaranıb. Kaledon və Hertsin qırışıqlıqları zamanı Yerdə ən qədim dağlar – Tyan-Şan, Böyük Suayırıcı, Appalaç, Kap, Baykalətrafı, Skandinaviya, Ural və s., Mezozoy erasında Kimmeri qırışıqlığı mərhələsində Kun-Lun, Tibet, Verxoyansk, Sixote-Alin, qismən Kordilyer və s. dağlar əmələ gəlib. Planetin ən cavan dağları Kaynozoy erasında – Alp qırışıqlığı mərhələsində yaranıb: bu mərhələdə And, Himalay, Qafqaz, Atlas, Hindiquş, Kopetdağ və s. dağlar formalaşıb.
Coğrafiya terminləri lüğəti