Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

Dördüncü dövr sistemi

Kaynozoy erasının Dördüncü dövrünə aid dağ süxurları sistemi.

Bu sistemə daxil olan çökmə süxurlar Yer qabığının ən cavan süxurlarıdır. D.D.S.-ni ilk dəfə 1759-cu ildə italyan alimi Ciovanni Arduino fərqləndirib. O, dağ süxurlarını qədimliklərinə görə Paleozoy, Mezozoy və Kaynozoy (ilk dövrləri) eralarına uyğun olaraq birinci, ikinci və üçüncü süxurlar adlandırıb, ən cavan çökmə süxurlara isə “dördüncü süxurlar” adı verməyi təklif edib.

Coğrafiya terminləri lüğəti

dövr

Geologiyada eraların bölündüyü geoxronoloji vaxt vahidi.

Müasir dövrümüzə qədər davam edən ikinci geoloji eonun – Fanerozoyun üç erası 12 D.-ə bölünür: Dördüncü, NeogenPaleogen (Kaynozoy erası); Təbaşir, YuraTrias (Mezozoy erası); Perm, Karbon, Devon, Silur, OrdovikKembri (Paleozoy erası). Lakin Kembriyəqədərki birinci eonun (Kriptozoy) D. bölgüsündə elmdə vahid mövqe yoxdur. Beynəlxalq Stratiqrafiya Komissiyasının 2013-cü ildə tərtib etdiyi geoloji vaxt xəritəsində bu eonun yalnız son mərhələsində (Proterozoy) 10 D. ayrılır, digər mərhələlərin isə D. bölgüsü verilmir.

Coğrafiya terminləri lüğəti

dren

ing. drain – qurutmaq

Qrunt sularını toplayıb axıtmaq və aerasiyasını yaxşılaşdırmaq üçün yeraltı süni su yolu.

D.-lər təyinatına görə quruducu və toplayıcı (kollektor), konstruksiyasına görə isə borulu, boşluqlu (məsaməli), doldurulmuş (çınqıl və s. ilə) olur.

Coğrafiya terminləri lüğəti

drenaj

Su basmış torpaqların, həmçinin qrunt sularının səthə çıxdığı sahələrin təbii və ya süni yollarla qurudulması üsulları.

D. quyular qazmaqla (şaquli D.), kanallar, arxlar, borular çəkməklə (üfüqi D.), habelə bəndlər, şlüzlər tikməklə (hidrotexniki D.) həyata keçirilir.

Coğrafiya terminləri lüğəti

dreyf

holl. drijven – qovmaq, üzmək

1. Küləyin, su cərəyanının təsiri ilə gəminin öz hərəkət istiqamətindən müəyyən dərəcədə yayınması. □ Dreyf bucağı.

2. Gəminin, buz parçasının və s.-nin hava, su axını istiqamətində yavaş hərəkəti. □ Qumların dreyfi. Aysberqin dreyfi.

3. Materiklərin uzun geoloji dövr ərzində bir-birinə, yaxud qütblərə nisbətən üfüqi yerdəyişməsi. □ Materik dreyfi.

4. Yelkənlərin xüsusi bucaq altında qaldırılması nəticəsində qayığın suda tərpənməz tarazlıq vəziyyəti. □ Dreyfdə dayanmaq. Dreyfə yatmaq.

Coğrafiya terminləri lüğəti

dreyf cərəyanı

Okean və dənizlərdə daimi küləklərin su səthinə təsiri nəticəsində yaranan cərəyan.

Dünya okeanı sularının sirkulyasiyasında D.C.-ları mühüm rol oynayır. Belə cərəyanlar ildən-ilə öz istiqamətini və orta sürətini saxlayır. D.C.-na misal olaraq passat küləklərinin təsiri ilə yaranan passat cərəyanlarını, 40-55c.e. dairələri arasında hakim qərb küləklərinin təsiri altında dövran edən Qərb küləkləri cərəyanını göstərmək olar.

Coğrafiya terminləri lüğəti

drumlin

irl. droumlin – yüksəklik

Qədim buzlaşma sahələrində moren çöküntüləri ilə örtülmüş uzunsov, yaxud ellips formasında təpə.

D.-in hündürlüyü 5-50 metr, uzunluğu bir neçə yüz metrdən 2,5 km-ə qədər və daha çox, eni 150-400 metr olur. D.-lər, adətən, buzlaşma sahəsinin kənar (yan) hissəsində əmələ gəlir və buzlağın hərəkət istiqamətində uzanır. Onların yaranma səbəblərinə dair müxtəlif fərziyyələr var. D. landşaftı Şərqi Avropanın şimalında, Finlandiya və Kanadada geniş yayılıb.

Coğrafiya terminləri lüğəti

duman

Atmosferin Yer səthinə yaxın qatında mikroskopik su damcılarının toplanması ilə əlaqədar havanın qeyri-şəffaf vəziyyəti.

D. buxarın kondensasiyası və ya sublimasiya nəticəsində yaranır. Belə havada üfüqi görünüş məsafəsi 1 km-ə qədər olur. D. damcılarının orta ölçüsü 0,02 mm-ə çatır. İri sənaye mərkəzlərində bacalardan çıxan his, tüstü və avtomobillərin işlənmiş qazları D.-la birləşib smoq əmələ gətirir. D. bütün nəqliyyat növlərinin normal işinə mane olur.

Coğrafiya terminləri lüğəti

durğun dalğa

Düyün adlanan iki nöqtə arasında irəli getmədən yalnız şaquli istiqamətdə rəqs edən dalğa.

Bu vəziyyətdə dalğanın zirvəsi ətəyə çevrilir və yenidən qabarır. D.D.-lar daha çox okeanlarda sahildən əks olunan digər dalğanın təsiri ilə yaranır.

Coğrafiya terminləri lüğəti

duz rejimi

Duzların tərkibinin süxurlarda, torpaqda, su hövzələrində kimyəvi çevrilmələrə uğramasının dinamikası.

Bu dinamikaya iqlim dəyişmələri, mövsümi yağışlar və s. təsir göstərir. Sahillərin eroziyası, torpağın çirkləndirilməsi, yaxud aqrotexniki qaydalara uyğun olmadan istifadəsi də D.R.-nin pozulması ilə nəticələnir. D.R. ən mühüm ekoloji faktorlar sırasına daxildir.

Coğrafiya terminləri lüğəti

duzlu göl

Suyunun hər litrində 30-40 promil (‰) duz olan göl.

D.G. – euqalin sulu göldür. Belə D.G.-lər, adətən, səhralarda, buxarlanmanın intensiv olduğu ərazilərdə yerləşir. D.G.-lərin orta duzluluğu dəniz suyunun orta duzluluğu (35‰) qədərdir.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

dünya əhalisi

Bütün Yer kürəsində yaşayan əhali.

2014-cü ildə D.Ə.-nin sayı 7 milyard adamdan çox olub. Planetin ümumi əhalisinin 60%-i (4,2 milyard) Asiyada, 15,8%-i (1,1 milyard) Afrikada, 10%-i (700 milyon) Avropada, 7%-dən çoxu (500 milyon) Şimali Amerikada yaşayır. Dünyada əhalinin sayına görə ilk beş yerdə Çin, Hindistan, ABŞ, İndoneziya və Braziliya durur.  BMT-nin məlumatına görə, 1994-2014-cü illərdə D.Ə. xeyli yaşlaşıb: bu müddətdə 60 yaşdan çox insanların sayı iki dəfə artıb və 5 yaşına qədər olan uşaqların sayını ötüb.

Coğrafiya terminləri lüğəti

Dünya okeanı

yun. okeanos – ucsuz-bucaqsız dəniz

Hidrosferin əsas hissəsi olan bütün dəniz və okeanların cəmi.

D.O.-nın sahəsi Yer səthinin 71%-ni təşkil edir (təxminən 361 mln. km2). Onun orta dərinliyi 3795 m, maksimal dərinliyi 11.022 m (Marian çökəkliyi, Sakit okean), su həcmi 1370 mln. km3, suyunun orta duzluluğu 35‰-dir. Ən duzlu okean Atlantik okeanıdır. D.O. Sakit, Atlantik, Hind və Şimal Buzlu okeanlarına bölünür.

Coğrafiya terminləri lüğəti

dünya səyahəti

Yer kürəsinin ətrafında tam dövrə vurmaqla başlandığı nöqtədə bitən səyahət.

İlk D.S. portuqaliyalı səyyah Fernan Magellanın rəhbərliyi ilə başlanıb (1519-1522-ci illər), lakin 1521-ci ildə Magellan Filippin adalarında döyüşdə öldüyü üçün səyahəti onun dostu Sebastyan El Kano tamamlayıb. Bu səyahət nəticəsində Yerin kürə şəklində olduğu və vahid Dünya okeanının mövcudluğu əyani sübuta yetirilib. İkinci D.S.-ni bundan yarım əsr sonra (1577-1580) ingilis dəniz qulduru Frensis Dreyk həyata keçirib. İngilis dəniz səyyahı Ceyms Kukun üç D.S. ekspedisiyası zamanı Avstraliya, Şimali Amerika sahilləri, Hind, Sakit, Atlantik okeanları tədqiq edilib, Havay adaları, bir çox digər adalar kəşf olunub.

Coğrafiya terminləri lüğəti