yun. geo – Yer + yun. bios – həyat + yun. sphaira – kürə, təbəqə
Yerin quru sahəsinin biosfer qatı.
G. iki hissədən ibarətdir: terrabiosfer – yerüstü həyat; litobiosfer – yeraltı həyat. Terrabiosferin ali orqanizmlərin yaşaması mümkün olmayan yüksək dağlıq hissəsində xüsusi həyat zonası (eol zonası) başlayır. Litobiosferin dərin qatlarında isə iki nəzəri həyat səddi mövcuddur: 100°C izotermi (bu səviyyədən aşağı normal atmosfer təzyiqində su qaynayır) və 460°C izotermi (bu səviyyədən aşağı su istənilən təzyiqdə qaynayır).
Coğrafiya terminləri lüğətiyun. geo – Yer + yun. daio – bölürəm
Yerin və onun ayrı-ayrı hissələrinin forma və ölçülərini, xəritələrdə təsvir olunması üsullarını öyrənən elm.
G. iki sahəyə ayrılır: ali və ibtidai. Ali G. nəzəri problemlərlə, Yerin formasını, qravitasiya sahəsini, Yer səthində nöqtələrin vahid sistemdə dəqiq koordinatlarını öyrənməklə, ibtidai G. isə ayrı-ayrı real əraziləri tədqiq etməklə məşğuldur. Eyni zamanda G. bir neçə bölmədən ibarətdir: topoqrafiya, fototopoqrafiya, tətbiqi (mühəndisi) G. və s.
Coğrafiya terminləri lüğətiyun. geo – Yer + yun. physike – təbiət
Yerin quruluşunu fiziki metodlarla öyrənən elm.
G., əsasən, üç şöbəyə bölünür:
1. Yerin bərk səthinin və daxili qatlarının (nüvə, mantiya və s.) fizikası.
2. hidrofizika (Dünya okeanının, buzlaqların, yeraltı suların fizikası).
3. atmosfer fizikası (meteorologiya, iqlimşünaslıq, aeronomiya).
Həmçinin bax:
Coğrafiya terminləri lüğətiHər hansı ərazidə Yerin alt və üst qatlarının fiziki xüsusiyyətləri ilə müəyyənləşdirilən amil.
G.A.-lərə bütövlüklə planetin kütləsi, öz oxu ətrafında fırlanma sürəti, maqnit sahəsi kimi ümumi göstəricilərdən tutmuş konkret sahədə radiasiyanın səviyyəsinə qədər ən müxtəlif kəmiyyət və keyfiyyət xarakteristikaları daxildir.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətiyun. geo – Yer + yun. chronos – vaxt, zaman + yun. logos – elm, təlim
Geologiya elmində Yerin geoloji yaşının bilavasitə hesablanması və geoloji vaxtlara bölgüsü ilə məşğul olan xüsusi bölmə.
Nisbi və mütləq G.-ya bölünür. Nisbi G. stratiqrafiyaya əsaslanaraq, eyni zamanda paleontoloji üsuldan və süxur laylarının yatım ardıcıllığı prinsipindən (Steno qanunu) istifadə edərək hansı layın (laylar qrupunun) daha qədim, ya cavan olduğunu, onların nisbi yaşını müəyyən edir. Lakin nisbi G. geoxronoloji bölgülərin davamiyyəti haqqında məlumat vermir. Mütləq G. isə geokimya elminin metodlarına əsaslanaraq və elementlərin radioaktiv parçalanması qanunauyğunluqlarından istifadə edərək süxurların, geoloji dövrdə baş vermiş tektonik hadisələrin mütləq yaşını müəyyənləşdirir. Bu araşdırmalara görə, Yer qabığının ən qədim süxurlarının yaşı 3,5 mlrd. ildən artıq deyil, Yer planetinin ümumi yaşı isə 4,5-4,6 mlrd. ilə bərabərdir.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətiyun. geo – Yer + yun. chronos – vaxt, zaman + yun. logos – elm, təlim
Yerin geoloji inkişaf tarixi və orada baş verən bütün proseslərin inkişaf mərhələlərini göstərən cədvəl.
Bu cədvəldə planetin 4,6 mlrd. illik geoloji inkişaf mərhələsi iki ən böyük hissəyə – eona (Kriptozoy və Fanerozoy), eonlar – eralara (Arxey, Proterozoy, Heyden, Paleozoy, Mezozoy, Kaynozoy), eralar isə dövrlərə bölünür. Bu geoloji bölgülər bir-birindən baş verən mühüm geoloji hadisələrin xarakterinə və canlı orqanizmlərin inkişaf xüsusiyyətlərinə görə fərqlənir. Daha qədim Arxey və Proterozoy eralarında dövr bölgüsü yoxdur. Paleozoy erası 6 (Kembri, Ordovik, Silur, Devon, Perm, Karbon), Mezozoy erası 3 (Trias, Yura, Təbaşir), Kaynozoy erası 3 (Paleogen, Neogen və Antropogen) dövrə bölünür. G.C.-ə əsasən, planetin geoloji yaşı 4,5-4,6 milyard ildir.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətiyun. geo – Yer + yun. eidos – görünüş
Yer səthinin real fiziki forması.
G.-in kontur xətti Dünya okeanının sakit və tarazlıq vəziyyətində su səthindən keçir, materiklərin altında davam edir və qütbləri dolanaraq qapanır. Bu forma nəzəri cəhətdən düzgün həndəsi formadan fərqlənir, ellips şəklindədir, ekvatorda qabarıq, qütblərdə batıqdır. Yerə G. adını 1873-cü ildə alman alimi İohann Listinq verib.
Coğrafiya terminləri lüğətiyun. geo – Yer + ər. – kimya
Yerin kimyəvi tərkibini, Yer qabığında və onun daxilində kimyəvi elementlərin yayılması və miqrasiyası proseslərini öyrənən elm.
G. bir sıra bölmələrə ayrılır: fiziki G. (geokimyəvi proseslərin termodinamikası, nəzəri və eksperimental modelləşdirilməsi), litosferin G.-sı, hidrosferin G.-sı, regional G. (kimyəvi elementlərin ayrı-ayrı ərazilərin geoloji quruluşundan asılı olaraq yayılması, miqrasiyası), landşaft G.-sı (kimyəvi elementlərin landşaftdan, landşaft əmələgətirən faktorlardan asılı olaraq yayılması, miqrasiyası) və s. Bu termini elmə 1838-ci ildə alman kimyaçısı Kristian Şönbeyn daxil edib.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətiTorpağın, qruntun, yerüstü və yeraltı hövzələrdəki suyun kimyəvi tərkibinin orqanizm və biosenozların həyatına, ətraf mühitə təsir göstərən xüsusiyyətləri.
Bir sıra kimyəvi elementlərin mühitdə mövcudluğu orada həyatın olması üçün zəruri şərtdir. G.A. təbiətdə gedən bəzi proseslərə həlledici təsir göstərir. Məsələn, neft-qaz yataqlarının axtarışı məhz G.A.-in belə yataqların formalaşmasına əlverişli şərait yaratdığı sahələrdə aparılır.
Həmçinin bax:
Coğrafiya terminləri lüğəti