yun. hydor – su + yun. lakkos – quyu, dərinlik + yun. lithos – daş
Daimi donuşluq sahələrində yeraltı suların süxurların arasında donması və Yer səthini qaldırması nəticəsində əmələ gələn təpə.
H.-lərin hündürlüyü, əsasən, 25-40 m olur, bəzən 200 m-ə çatır. Yakutiyada, Zabaykalyedə H.-lər çox geniş yayılıb.
Coğrafiya terminləri lüğətiyun. hydor – su + yun. logos – elm, təlim
Hidrosferdə gedən təbii hadisə və prosesləri, onun xassələrini, dinamikasını, həmçinin coğrafi təbəqənin digər komponentləri ilə əlaqələrini öyrənən elm sahəsi.
Tədqiqat obyektinə görə H. iki şöbəyə bölünür: okeanologiya və qurunun hidrologiyası. Hər iki şöbə müxtəlif şəraitlərdə suyun aqreqat vəziyyətlərini, su balansını, su və temperatur rejimlərini, su kütləsinin dinamikasını, yataqların xüsusiyyətlərini araşdırır. H. eyni zamanda təbiətdə suyun dövranı, insan fəaliyyətinin ona təsiri kimi məsələləri tədqiq edir, hidroloji proqnozlar hazırlayır.
See also:
Coğrafiya terminləri lüğətiMüəyyən zaman ərzində su hövzəsinin vəziyyətində baş verən qanunauyğun dəyişikliklər.
Bu dəyişikliklər, əsasən, iqlim xüsusiyyətlərinin təsiri ilə bağlıdır. H.R. su səviyyəsinin, su sərfinin, temperaturun, suda həll olunmuş maddələrin tərkibi və miqdarının, yatağın dəyişməsinin və s.-nin günlük, aylıq, illik, çoxillik tərəddüdlərində özünü göstərir.
Coğrafiya terminləri lüğətiyun. hydor – su + lat. melioratio – yaxşılaşdırma
Kənd təsərrüfatı istehsalında hidroloji şəraitin, həmçinin ətraf mühitin yaxşılaşdırılmasına yönəldilən təşkilati və texniki tədbirlər sistemi.
H.-ya suvarma, çaylarda axımın tənzimlənməsi, şoran torpaqların yuyulması, torpaq eroziyasının qarşısını almaq məqsədilə hidrotexniki qurğuların tikilməsi və s. tədbirlər daxildir.
See also:
Coğrafiya terminləri lüğətiyun. hydor – su + yun. sphaira – kürə
Yerin su təbəqəsi, Dünya okeanı, materik səth suları və yeraltı suların cəmi.
H. Yer səthinin 71%-ni təşkil edir, onun ümumi həcmi 2013-cü il üçün hesablamalara görə, 1,5 milyard km3-dir. Bütün H.-də olan suyun 96%-dən çoxu şor okean və dəniz sularının, 2%-ə qədəri yeraltı suların, bir o qədəri də, əsasən, Arktika, Antarktika və Qrenlandiyada toplaşmış buzlaqların payına düşür. Materik səth suları (çaylar, göllər və s.) H.-in həcminin cəmi 0,02%-nə bərabərdir. Yer planetində yalnız 3%-ə yaxın şirin su ehtiyatı var ki, bunun da ¾-ü buzlaqlarda cəmləşib. H. atmosfer, Yer qabığı və biosferlə daim qarşılıqlı əlaqədədir.
Coğrafiya terminləri lüğətiyun. hydor – su + yun. techne – incəsənət, ustalıq
Su ehtiyatlarından istifadə üsullarını, metodlarını, həmçinin xüsusi hidrotexniki qurğu və avadanlıqların köməyi sayəsində suyun dağıdıcı təsirinin qarşısını almağın yollarını öyrənən elm.
H. hidrologiya, hidrogeologiya, hidravlika, hidromexanika və mühəndis-inşaat elmləri ilə sıx əlaqədə inkişaf edir.
Coğrafiya terminləri lüğətiYerin alt qatlarında dövran edən isti suların tərkibindəki məhlul və mineralların çöküntülərindən əmələ gələn faydalı qazıntı yataqları.
H.Y.-ın formalaşması prosesi yüz min, milyon illərlə davam edə bilər. H.Y.-dan turmalin, topaz, beril kimi qiymətli daşlar, asbest, maqnezit, barit, dağ bülluru, qrafit və bu kimi faydalı qazıntılar hasil olunur.
Coğrafiya terminləri lüğəti