yun. anthropos – insan + yun. logos – elm, təlim
İnsanın yaranması, təkamülü, fiziki quruluşunun normal tərəddüdləri, irqlərin əmələ gəlməsi, həmçinin insanların formalaşdırdıqları sosial və mədəni mühit haqqında elmlərin məcmusu.
A.-nın bir çox sahələri var və antropoloji tədqiqatlar dərinləşdikcə bu sahələrin sayı artır. Fəlsəfi A. – insanın təbiətini, dini A. – dini baxımdan mahiyyətini, fiziki A. – bioloji növ olaraq təkamülünü, xüsusiyyətlərini, sosial A. – formalaşdırdığı sosial mühiti, mədəni A. – mədəni mühiti, linqvistik A. – dilin sosial həyata təsirini öyrənir və s. Bəzi ölkələrdə, məsələn, ABŞ-da etnoqrafiya və arxeologiyanı da antropoloji elmlər sırasına daxil edirlər.
Coğrafiya terminləri lüğətiyun. anthropos – insan + yun. sphaira – kürə
1. İnsanın yaşadığı və nüfuz etdiyi mühit, aləm.
Başqa sözlə, A. – biosferin insan tərəfindən istifadə olunan hissəsidir.
2. Yerin, kosmosun insan tərəfindən bu və ya digər dərəcədə mənimsənilmiş, yaxud dəyişdirilmiş hissəsi.
Coğrafiya terminləri lüğətiafr. apartheid – ayrı yaşamaq
Əhalinin müəyyən qruplarının siyasi, iqtisadi və vətəndaşlıq hüquqlarının ciddi məhdudlaşdırılması, irqi ayrı-seçkiliyin ən kəskin forması.
Əksər hallarda bu siyasət nəticəsində bir çox hüquqlarından məhrum olunmuş insanlar xüsusi ərazilərdə (rezervasiyalarda) yerləşdirilirlər. Beynəlxalq hüquq qaydaları A.-i bəşəriyyətə qarşı cinayət sayır.
Coğrafiya terminləri lüğətiyun. a – inkar şəkilçisi + lat. patris – vətən
Heç bir ölkədə vətəndaşlığı olmayan şəxs.
Digər ölkənin vətəndaşlığını qəbul etmədən öz ölkəsində vətəndaşlıqdan çıxmış və ya məhrum olunmuş şəxslər A. adlanırlar. Eyni zamanda müxtəlif ölkələrin vətəndaşlıq haqqında qanunvericilikləri uyğun gəlmədiyi, dövlət dağıldığı, yaxud ləğv edildiyi bəzi hallarda da insan belə vəziyyətə düşə bilər. Beynəlxalq səviyyədə vətəndaşsızlığın qarşısını almaq üçün tədbirlər görülür. “Ümumdünya insan hüquqları bəyannaməsi” vətəndaşlığı mühüm insan hüquqlarından biri kimi təsbit edir. Lakin 1997 və 2006-cı illərdə qəbul olunmuş Avropa konvensiyaları faktik olaraq vətəndaşlığı vəzifə kateqoriyasına keçirir: qanunvericilikdə insanın vətəndaşlığı olmayan şəxsə çevrilməsi ilə nəticələnə biləcək müddəalar nəzərdə tutmaq, kiçik istisna ilə, Avropa Şurasına üzv-dövlətlərə qadağan edilir.
Coğrafiya terminləri lüğətiİki və daha artıq materik arasında yerləşən dəniz.
A.D.-lər bir neçə dənizdən, yaxud dəniz və körfəzlərdən ibarət olur; məsələn, Avropa və Afrika qitələri arasında yerləşən A.D. Liquri, İonik, Tirren, Adriatik, Egey dənizlərindən ibarətdir. Dünyanın ən duzlu dənizlərindən hesab olunan Qırmızı dəniz Afrika və Avrasiya materikləri arasında mövqe tutur.
Coğrafiya terminləri lüğətiSubtropik iqlimin qışı yağışlı, yayı isə isti və quru iqlim tiplərindən biri.
A.D.İ.-ndə ən soyuq ayın orta temperaturu 0°C-dən yuxarı, ən isti ayın orta temperaturu isə 22-28°C-dir. Yağıntının orta illik miqdarı 700 mm, lakin bəzi yerlərdə 1000 mm-dən artıq olur. Bu iqlim tipi Aralıq dənizi ölkələrində, Krımın cənub sahilində, Qafqazın Qara dəniz sahilində (Novorossiyskdən Tuapseyə qədər), Avstraliya, Afrika və Cənubi Amerikanın cənub-qərb sahilboyunda və bəzi başqa ərazilərdə müşahidə edilir. A.D.İ.-nə malik ərazilərə yayda tropik, qışda isə mülayim hava kütlələri təsir göstərir. Burada, əsasən, codyarpaqlı meşə və kolluqlar altında şabalıdı və qəhvəyi torpaqlar yayılıb.
Coğrafiya terminləri lüğətiyun. zone – qurşaq
Şimal və Cənub yarımkürələrinin subtropik iqlim qurşaqları daxilində təbii zonalar.
Bu ərazilər mahiyyət etibarilə, subtropik qurşağın yarımzonalarıdır, lakin bir sıra hallarda onları müstəqil zonalar kimi ayırırlar. A.D.T.Z.-na Aralıq dənizi iqlimi tipi, qəhvəyi və boz-qəhvəyi torpaqlar üzərində bitən kserofit codyarpaqlı həmişəyaşıl meşə və kolluqlar xarakterikdir. Mülayim və yağışlı qışda bu zonaların çaylarında daşqınlar olur. Aralıq dənizi hövzəsi, Şimali Amerikada Kaliforniya, Cənubi Amerikada Orta Çili sahəsi, Cənubi Afrika, Cənubi və Qərbi Avstraliya A.D.T.Z.-nda yerləşir.
Coğrafiya terminləri lüğəti1. Azərbaycanda Kür-Araz ovalığında yerləşən tarixi-coğrafi ərazi.
Əsasən, dəniz səviyyəsindən aşağıda yerləşən düzənliklərdən ibarət bu ərazinin yayı çox isti, qışı yumşaq subtropik iqlimə malikdir. İyun ayının orta temperaturu 26-28°C-yə çatır, bəzi yerlərdə və günlərdə 40°C-ni ötür, yanvar ayında isə temperatur +1... +3°C arasında dəyişir.
2. Azərbaycanda ən iri iqtisadi rayon.
Bu rayon təbii ehtiyatları ilə (neft, təbii qaz, tikinti materialları) zəngindir, mühüm magistrallar üzərində yerləşir və əlverişli coğrafi mövqeyə malikdir. İqtisadi rayonun ümumi sahəsi ölkə ərazisinin təxminən 1/4 təşkil edir, əhali, əsasən, əkinçilik və maldarlıqla məşğul olur.
Coğrafiya terminləri lüğətilat. area – sahə
Hər hansı bitki və ya heyvan növünün Yer səthində, akvatoriyada yayıldığı sahə.
Növün yarandığı yer onun ilkin A.-ı sayılır. İlkin A. növün təbii surətdə və insan tərəfindən yayılması ilə genişlənə, yaxud onun məhv edilməsi nəticəsində darala bilər. Bütün dünyada yayıla bilən növ və orqanizm qrupları kosmopolit A.-a, yalnız məhdud ərazidə rast gəlinən növ və orqanizm qrupları isə endemik A.-a malikdir. Ayrı-ayrı növlər, coğrafi ərazilər üçün A. xəritələri, həmçinin Yer kürəsi miqyasında qlobal A. xəritələri mövcuddur. A.-ların müqayisəli şəkildə öyrənilməsi flora və faunanın tədqiqində böyük əhəmiyyət kəsb edir.
Coğrafiya terminləri lüğəti