Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

apatrid

yun. a – inkar şəkilçisi + lat. patris – vətən

Heç bir ölkədə vətəndaşlığı olmayan şəxs.

Digər ölkənin vətəndaşlığını qəbul etmədən öz ölkəsində vətəndaşlıqdan çıxmış və ya məhrum olunmuş şəxslər A. adlanırlar. Eyni zamanda müxtəlif ölkələrin vətəndaşlıq haqqında qanunvericilikləri uyğun gəlmədiyi, dövlət dağıldığı, yaxud ləğv edildiyi bəzi hallarda da insan belə vəziyyətə düşə bilər. Beynəlxalq səviyyədə vətəndaşsızlığın qarşısını almaq üçün tədbirlər görülür. “Ümumdünya insan hüquqları bəyannaməsi” vətəndaşlığı mühüm insan hüquqlarından biri kimi təsbit edir. Lakin 1997 və 2006-cı illərdə qəbul olunmuş Avropa konvensiyaları faktik olaraq vətəndaşlığı vəzifə kateqoriyasına keçirir: qanunvericilikdə insanın vətəndaşlığı olmayan şəxsə çevrilməsi ilə nəticələnə biləcək müddəalar nəzərdə tutmaq, kiçik istisna ilə, Avropa Şurasına üzv-dövlətlərə qadağan edilir.

Coğrafiya terminləri lüğəti