Hesablama əməliyyatları aparmaq üçün xüsusi lövhə.
Bu lövhə zolaqlara bölünür və zolaqlardakı daşları hərəkət etdirməklə hesablama aparılır. Abak M.ö. IV əsrdən başlayaraq Qədim Yunanıstanda, Romada istifadə olunmuşdur. Müasir dövrdə bir sıra məktəblərdə mental hesabı öyrətmək üçün tətbiq olunur.

Nəsrlə yazılmış mətnin məzmunca bitkin hissəsi.
Abzasın birinci sətrinin başında boşluq buraxılır ki, buna da sətirbaşı deyilir. Abzas yeni fikrin başlanğıcını bildirir. O, bir və ya bir neçə müstəqil cümlədən ibarət olur. Mətnin abzaslara ayrılması onun daha asan qavranılmasına xidmət edir.
İbtidai siniflər üçün terminlər lüğətiHər bir not sətrinin əvvəlində qoyulan şərti işarə.
Açar not sətrində yazılan müəyyən bir notun yüksəkliyini və adını təyin edir. Bununla da həmin not sətrində yerləşən digər notların yazılması və oxunması üçün yol açılır. Açarın bir neçə növü vardır: skripka açarı, bas açarı və s.
