Müxtəlif riyazi əməllər zamanı qarşılıqlı əlaqəyə girə bilən eyni ədədlər məcmusu.
Ədəd ailəsinə daxil olan hər ədəd riyazi əməllərin müxtəlif komponenti (cəm, çıxılan; toplanan, çıxılan və s.) qismində iştirak edə bilir.
2, 5, 7
2+5=7
5+2=7
7-5=2
7-2=5
İbtidai siniflər üçün terminlər lüğətiÜzərində başlanğıc nöqtə və istiqamət seçilmiş düz xətt parçası.
Ədəd oxu üzərində ədədlər artan sıra ilə soldan sağa düzülür. Ədəd oxunun köməyi ilə sadə toplama və çıxma əməlləri yerinə yetirilir. Ədədlərin artan və azalan istiqaməti müəyyənləşdirilir. «Əvvəl», «sonra», «arasında» ifadələrindən istifadə edilərək ədədin yeri müəyyən olunur. Ədədlər müqayisə edilir. Ədəd oxu üzərində müxtəlif addımlarla saymaq kimi bacarıqlar formalaşır.
![]()


Verilmiş iki fərqli ədədin müqayisəsini əks etdirən riyazi ifadə.
Ədədi bərabərsizliklərin işarələri bunlardır: «>» (böyükdür) və «<» (kiçikdir). Ədədi bərabərsizliyi ədəd oxunda ədədlərə uyğun olan nöqtələrin necə yerləşməsinə görə də ifadə etmək olar.
5 + 2 > 4 2 + 3 < 4 + 5
İbtidai siniflər üçün terminlər lüğətiƏdədlər və əməl işarələrindən təşkil olunmuş ifadə.
Məsələn: «Avtobusda 12 sərnişin vardı. Növbəti dayanacaqda 5 nəfər düşdü, 2 nəfər daxil oldu» mətninin ədədi ifadəsi belədir: 12 – 5 + 2. Bəzən ədədi ifadədə ədədlərin əvəzinə müxtəlif hərflər də iştirak edir. Bu ifadələrə dəyişəni olan ədədi ifadə deyilir.
Dəyişəni olan ədədi ifadə
12 – a+2
a = 3 olduqda: 12 - 3 + 2
a = 7 olduqda: 12 - 7 + 2
İbtidai siniflər üçün terminlər lüğətiŞifahi xalq ədəbiyyatının janrlarından biri: qeyri-adi, möcüzəli və fantastik hadisələrin təsvir olunduğu əsər.
Əfsanələrdə, adətən, insan quşa, heyvana, səma cisminə çevrilir, təbiət varlıqları və hadisələri özlərini insan kimi aparır. Sehrli nağıllardan fərqli olaraq burada div, əjdaha kimi obrazlar olmur, insanlar, heyvanlar, səma cisimləri özləri qeyri-adi, fantastik gücə malik olurlar. Şifahi xalq ədəbiyyatımızda «Qu quşu», «Maral», «Oğuz» və s. əfsanələr var.
İbtidai siniflər üçün terminlər lüğəti