Reklam
Reklam

İbtidai siniflər üçün terminlər lüğəti

ədədi ifadə

Ədədlər və əməl işarələrindən təşkil olunmuş ifadə.

Məsələn: «Avtobusda 12 sərnişin vardı. Növbəti dayanacaqda 5 nəfər düşdü, 2 nəfər daxil oldu» mətninin ədədi ifadəsi belədir: 12 – 5 + 2. Bəzən ədədi ifadədə ədədlərin əvəzinə müxtəlif hərflər də iştirak edir. Bu ifadələrə dəyişəni olan ədədi ifadə deyilir.

 

                Dəyişəni olan ədədi ifadə

                          12 – a+2

             a = 3 olduqda: 12 - 3 + 2

              a = 7 olduqda: 12 - 7 + 2

İbtidai siniflər üçün terminlər lüğəti