Raketka və lələkvarı topla (volan) oynanılan, tennisə bənzəyən idman növü.
Bu oyunda məqsəd topu meydançanın rəqibə aid hissəsinə salmaq, öz sahəsinə düşməyə imkan verməməkdir.
Cümlə üzvləri və ya cümlələr arasında əlaqə yaradan köməkçi nitq hissəsi; məsələn: və, ki, lakin, amma, həmçinin, çünki və s.
Xəstəliktörədən mikroskopik (adi gözlə görünməyən) birhüceyrəli orqanizm; mikrob.
Bakteriyalar xəstəliklər törətsə də, insanlara faydası da vardır: onların vasitəsilə pendir, qatıq, sirkə, maya və s. alınır.
Azərbaycanın qədim nəfəsli aləti.
Balaban tut və ya ərik ağacından düzəldilir, baş tərəfinə ikiqat yastı qamış müştük taxılır. Gövdəsində 9 dəlik olur (8-i ön, biri isə arxa tərəfdə).
Balet aktrisası, rəqqasəsi.
Balet aktyoru, rəqqası.
1. Musiqinin müşayiəti ilə icra edilən rəqs və mimik hərəkətlərdən ibarət teatr tamaşası.
2. Teatr rəqsi sənəti.
Balet və rəqslərin, rəqs səhnələrinin müəllifi və quruluşçusu; rəqs müəllimi.
Pul vəsaitini cəmləşdirən, kredit verən, pul hesablamaları aparan və s. bu kimi işləri həyata keçirən idarə.
Bax: təbil.
Daş, metal, taxta və s. yastı səth üzərində alçaq qabarıqlı təsvir; qabartma.
Barelyefdən heykəl postamentlərində, xatirə lövhələrində, metal pullarda, medallarda istifadə olunur.
Yüksəkliyinə görə tenor və bas arasında kişi səsi.
Məşhur bariton səsli ifaçılardan Müslüm Maqomayevi misal göstərmək olar.
Zolaqlar şəklində ifadə olunan qrafik məlumat.
Barqrafda zolaqlar şaquli və ya üfüqi şəkildə verilə bilər.
Hava təzyiqini ölçmək, onun dəyişəcəyini qabaqcadan bilmək və dəniz səthinə nisbətən yerin səviyyəsini müəyyən etmək üçün cihaz.
1. Qalın kişi səsi.
2. Nəfəsli orkestrlərdə istifadə olunan mis nəfəs aləti.
3. Akkordun ən aşağı səsi.
4. Çoxsəsli musiqidə ən aşağı səs.