Heykəltaraş tərəfindən daş, tunc və s.-dən hazırlanmış insan və ya heyvan surəti.
Heykəllər metal, gil, ağac, gips, qum, buz və s.-dən də hazırlana bilər. Əsasən, iki növü vardır: həcmli və ya dəyirmi (bunlara hər tərəfdən baxmaq mümkündür), səth üzərində qabartma şəklində yaradılan heykəllər (barelyef, qorelyef).

Bir-biri ilə qafiyə təşkil edən, qafiyələnmiş.
Aşağıdakı şeir bəndində 1-3-cü misralar qafiyələnir, yəni burada «tütək», «inək», «külək» həmqafiyə sözlərdir:
Dağda çoban çalır tütək,
Ot otlayır qoyun, inək.
Əsir sərin-sərin külək,
Ay uşaqlar, xoş bahar gəlir. (Z.Cabbarzadə)
İbtidai siniflər üçün terminlər lüğəti