Bax: mahnı.
Mahnının hər bəndindən sonra təkrarlanan beyt və misralar.
Hansısa şəklin, bəzəyin və ya yazının kəsici alətlə taxta, daş, metal və s.-nin üzərinə həkk olunması.
Evlərin divarlarına, tavanına yağlı və ya sulu boya ilə naxış vurulması da nəqqaşlığa aiddir. Nəqqaşlıq riyazi və həndəsi dəqiqlik tələb edir.
Müəyyən bir hadisə, əşya haqqında məlumat vermək məqsədilə işlədilən cümlə.
Nəqli cümlə adi intonasiya ilə deyilir və sonunda nöqtə qoyulur; məsələn: Bu gün piknikə gedəcəyik.
Həmçinin bax:
İnsanların, yüklərin və s.-nin bir yerdən başqa bir yerə daşınması.
Daşınma prosesinin yerinə yetirilməsi üçün nəqliyyat vasitələrindən istifadə edilir.
İnsanların və yüklərin daşınması üçün istifadə olunan texniki avadanlıqlar: avtomobil, qatar, gəmi, təyyarə və s.
Vəzni, qafiyəsi olmayan, ədəbi danışıq dilinə xas cümlələrdən ibarət bədii nitq forması.
Hekayə, povest, roman, memuar və s. nəsrlə yazılan əsərlərə aiddir.
Müəyyən vəznə və qafiyələnən misralara malik bədii nitq forması.
Bu formada yazılmış əsərlərə mənzum əsərlər deyilir. Poema, şeir və s. mənzum əsərlərdir.
Yüksək hiss-həyəcanla deyilən və sonunda nida işarəsi qoyulan cümlə; məsələn: Ah, nə gözəl gündür!
Nida cümlələrinin sonunda qoyulan durğu işarəsi (!).
Ən mühüm ünsiyyət vasitəsi; danışma, fikrini sözlərlə ifadəetmə qabiliyyəti.
Ünsiyyət zamanı müraciət, görüşmə, təbrik və s. ifadələri; məsələn: bağışlayın, buyurun, xahiş edirəm, salam, xoş gördük, salamat qalın və s.
Sözlərin ümumi qrammatik mənaya görə bölündüyü qruplar.
Ümumi qrammatik məna dedikdə sözün ad, əlamət, hərəkət və s. bildirməsi nəzərdə tutulur.
Boksçunun aldığı zərbə nəticəsində huşunu itirməsi və məğlub olması.
Boksçunun aldığı zərbə nəticəsində başının gicəllənməsi.
Nokautdan fərqli olaraq nokdaun vəziyyətinə düşmüş boksçu hakim səkkizə qədər sayınca özünə gəlib yarışı davam etdirmək iqtidarında olur.