Fiziki qabiliyyətin, gücün qiymətləndirilməsi üçün müəyyən qaydada yerinə yetirilən fiziki hərəkətlərin məcmusu.
Musiqi səslərini göstərən şərti qrafik işarə, eləcə də həmin səsin özü.
Musiqidə yeddi not vardır: do, re, mi, fa, sol, lya, si. Hər bir notun beşxətli not sətrindəki yeri səsin yüksəkliyini bildirir.
Üfüqi çəkilmiş beş paralel xətdən ibarət sətir.
Xətlər aşağıdan yuxarıya sayılır. Not sətrində notlar a) xətlərin üzərində, b) xətlərin arasında, c) yuxarıdakı xəttin üstündə, d) aşağıdakı xəttin altında yazılır.
Həcmcə adi kompüterdən kiçik, klaviaturalı, asanlıqla daşınabilən kompüter.
Notbuk yüngül çəkisi, kiçik ölçüsü və ehtiyat enerji ilə işləməsi ilə digər kompüterlərdən fərqlənir.
Nəqli və əmr cümlələrinin sonunda qoyulan, habelə bəzi ixtisar edilmiş sözlərdə işlənən durğu işarəsi (.).
Notun və ya pauzanın uzunluğunu bir yarım dəfə artıran işarə.
Nöqtə pauzası notun və ya pauzanın sağ tərəfində qoyulur.