Uzunluğu səkkizlik nota bərabər olan pauza, fasilə, tənəffüs.
Bax: göy cisimləri.
Yeraltı sərvətlərin çıxarılması, xammalın emalı və s.-ni əhatə edən təsərrüfat sahəsi (zavod, fabrik, kombinat, mədən, elektrik stansiyaları).
Müxtəlif araşdırmalar nəticəsində toplanan faktları şərhlərlə təqdim edən film.
Sürəti ölçülməyən adi qaçış.
Kompüterlə iş zamanı informasiyanın (əməliyyat sistemi, tətbiqi proqramlar, müxtəlif fayllar və s.) daimi saxlanması üçün istifadə edilən qurğu; vinçester.
İstənilən elastik mühitə yayılan səs.
İxtiyari ədədlə toplandıqda onu dəyişməyən ədəd.
Sıfır 0 kimi işarə edilir. Ayrılıqda sıfır kəmiyyətin olmadığını göstərir. Lakin sağ tərəfdən hər hansı bir rəqəmin yanına gətirildikdə onun 10 dəfə artdığını bildirir.
Bir düz xətt üzərində yerləşməyən parçaların birləşməsindən alınan fiqur.
Sınıq xətt qapalı və açıq olur. Sınıq xəttin birinci və sonuncu təpə nöqtələri üst-üstə düşərsə, o, qapalı sınıq xətt adlanır. Sınıq xəttin tərəfləri bir-birini kəsə bilər.
Əşyanın sırasını bildirən və neçənci? sualına cavab verən saylar; məsələn: doqquzuncu, iyirminci, əvvəlinci, sonuncu və s.
Sıra sayları miqdar saylarına -ıncı4 şəkilçisi artırmaqla düzəlir.
Həmçinin bax:
Yeddi əsas musiqi səsindən yeddincisi.
Hərfi ifadəsi H-dir.
Kursorun hərəkətini idarə edən qurğu.
Siçan vasitəsilə kompüterə müxtəlif əmrlər vermək, obyekti ekran boyu hərəkət etdirmək və s. işləri görmək olar.
Əşyanın əlamət və keyfiyyətini bildirən, necə? nə cür? hansı? suallarına cavab verən əsas nitq hissəsi; məsələn: qəşəng, isti, qırmızı, əyri, dümağ və s.
Sifət həmişə ismə aid olur, isimdən əvvəl gəlir: gözəl mənzərə, isti otaq, qırmızı dəsmal və s.
Oturacaqları dairə olan fəza fiquru.
Silindrin diaqonal kəsiyi düzbucaqlıdır.
Kölgəni xatırladan birrəngli təsvir.
Siluetdə fiqur və əşyalar əlavə detallar olmadan yalnız kənar cizgilər vasitəsilə təsvir edilir.