Fəal təlim üsullarından biri: yeni mövzu ilə bağlı əvvəlki biliklərin beyində canlandırılması.
Öyrəniləcək mövzu ilə bağlı olan söz şagirdlər üçün lövhədə yazılır. Hər şagird bu sözlə bağlı başqa sözlər deyir; məsələn: yaz – fəsil, Novruz, mart, aprel, may, təbiətin oyanması və s. Beləliklə, mövzu ilə bağlı şagirdlərin ilkin bilik səviyyəsi müəyyən edilir.
İbtidai siniflər üçün terminlər lüğətiİki və daha artıq sözün məna və qrammatik cəhətdən birləşməsi; məsələn: ana laylası, gözəl insan, vətəni qorumaq, məktəbdə oxuyanda və s.
Söz birləşməsi sözə nisbətən daha konkret məna ifadə edir, lakin cümlədən fərqli olaraq bitmiş fikir bildirmir.
İbtidai siniflər üçün terminlər lüğətiƏrzaq məhsulları (balıq, ət konservləri və s.), maddələr, əşyalar və s.-nin yüksək temperaturda (100°C-dən artıq) mikroblardan təmizlənməsi.
Cərrahiyyə otaqlarında, antibiotiklər qablaşdırılan sexlərdə sterilizasiya, adətən, ultrabənövşəyi şüaların köməyi ilə aparılır.
Həmçinin bax:
İbtidai siniflər üçün terminlər lüğəti