Ayrı-ayrı alətlər, müxtəlif tərkibli ansambl və orkestrlər tərəfindən ifa olunan musiqi; musiqi alətlərində çalınması nəzərdə tutulan əsər.
İnstrumental musiqiyə rəqslər, pyeslər, prelüdiya, fuqa, sonata, simfoniya, kvartet, kvintet və s. daxildir.
İbtidai siniflər üçün terminlər lüğətiBütün dünyada milyonlarla kompüteri vahid informasiya sisteminə birləşdirən kompüter şəbəkəsi.
İnternet müxtəlif növ məlumatların azad mübadiləsi üçün ən geniş imkanlara malik olan qlobal şəbəkədir. 1967-ci ildə Amerikanın Qabaqcıl Tədqiqatlar Agentliyinin APRANET adlanan layihəsi yaradıldı. 1969-cu ildə isə ilk dəfə olaraq bir neçə ştatın universitetinin kompüterləri vahid şəbəkəyə qoşuldu. İnternet bir-biri ilə əlaqədə olan dayaq şəbəkələrdən ibarətdir.
