Bütün dünyada milyonlarla kompüteri vahid informasiya sisteminə birləşdirən kompüter şəbəkəsi.
İnternet müxtəlif növ məlumatların azad mübadiləsi üçün ən geniş imkanlara malik olan qlobal şəbəkədir. 1967-ci ildə Amerikanın Qabaqcıl Tədqiqatlar Agentliyinin APRANET adlanan layihəsi yaradıldı. 1969-cu ildə isə ilk dəfə olaraq bir neçə ştatın universitetinin kompüterləri vahid şəbəkəyə qoşuldu. İnternet bir-biri ilə əlaqədə olan dayaq şəbəkələrdən ibarətdir.
