Yer səthinin plan və xəritələrdə neçə dəfə kiçildildiyini göstərən kəsr ədədi.
Miqyas xəritədəki ölçülərin Yer səthinin real ölçülərinə nisbətini göstərir; məsələn, 1 : 1000000 miqyası ölçülərin bir milyon dəfə kiçildildiyini göstərir.
Əsasən, ABŞ və İngiltərədə istifadə olunan məsafə ölçü vahidi.
Coğrafi mil 1420 metrə, dəniz mili isə 1852 metrə bərabərdir.
Demokratik ölkələrdə xalqın seçimi ilə parlamentə seçilən və xalqı təmsil edən şəxs; deputat.
Millət vəkili onu seçən şəxslərin – seçicilərin qarşısında məsuliyyət daşıyır.
Əsas ölçü vahidinin əvvəlində işlənərək onun mində birini bildirən sözönü hissəcik; məsələn: millimetr, milliqram və s.
Qramın mində bir hissəsini təşkil edən ölçü vahidi.
Milliqram mq ilə ifadə olunur.
1000 mq = 1 q
Həmçinin bax:
Litrin mində bir hissəsi.
Millilitr ml ilə ifadə olunur.
1000 ml = 1 l
Metrin mində bir hissəsi.
Millimetr mm ilə ifadə olunur.
1000 mm = 1 m
Üz əzələlərinin insanın keçirdiyi əhvali-ruhiyyəni əks etdirən hərəkəti.
Mimika da jest kimi natiqlik və deklamasiya məharətini müəyyən edən elementlərdəndir.
Məlumatı saxlamağa, yaratmağa və göstərməyə imkan verən proqram alətləri dəsti.
Mimio Studio kompüter, proyektor və ağ lövhədən ibarət olur.
Yer qabığının tərkibinə daxil olan və faydalı qazıntı kimi istifadə edilən təbii kimyəvi birləşmə və ya element.
1. Qədim əlyazmalarında, kitablarda incə, rəngli şəkil, illüstrasiya.
2. Kiçikhəcmli pyes.
Bax: mərtəbə.
Musiqidə major-minor lad sistemini əmələ gətirən ladlardan biri: qəmli səslənmə.
Riyazi əməllərdən istifadə olunmaqla məchulun tapılmasını tələb edən ədədi ifadə.
Təxminən 4,26 qrama bərabər qədim kütlə vahidi.