Reklam
Reklam

Все словари

İNQİLAB ərəb.

inqilab sözü dilimizdə dəyişiklik, dəyişkənlik, hər hansı bir sahədə – elm, texnika, incəsənət və s. sahələrdə əsaslı, köklü dəyişiklik, yenilik mənasındadır.

Siyasi termin kimi isə zorakı ictimai çevriliş, dövlət hakimiyyətinin hakim sinfin əlindən başqa sinfin əlinə keçməsi kimi izah edilir. İnqilab kişi adı dəyişiklik, yenilik anlamındadır. Türk xalqlarında da, ərəblərdə də İnqilab şəxs adına təsadüf edilmir. Azərbaycan dilində Şura (bax: ad – ŞURA), Marlen (bax: ad – MARLEN), Karlen (bax: ad – KARLEN) və s. kimi XX əsrin iyirminci illərində siyasi quruluşun dəyişməsi, inqilab yolu ilə bərqərar olan bolşeviklər hakimiyyətinin dövründə yaranmış şəxs adlarındandır. XX əsrin altmışıncı illərinə qədər məişətimizdə geniş yayılmış kişi adlarından olsa da, sonradan müşahidəediləcək dərəcədə azalmışdır. Adın daşıyıcılarından I Qarabağ müharibəsində döyüş bölgələrində göstərdiyi şücaətə görə Azərbaycanın Milli Qəhrəmanı (ölümündən sonra) adına layiq görülmüş İnqilab İsmayılov (1962–1992) fəxr olunası qəhrəmanlarımızdandır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

İSA

ibrani. Yexotua sözünün ərəbcələşdirilmiş forması olan İsa sözü dilimizə ərəb dilindən keçmə sözlərdəndir. Yunanlarda ad İisus şəklindədir. Yəhudilərin dininə görə, İsa xristianlığın müqəddəs kitabı – “İncil” verilən peyğəmbərin adıdır.

Rəvayətə əsasən, İsa hələ beşikdə olanda ona peyğəmbərlik verilmişdir. Bəni-İsrailin tərəfdarları atasız uşaq dünyaya gətirdiyinə görə İsanın anası müqəddəs Məryəmə qəsd etmək istərkən dünyaya təzəcə göz açmış İsa dilə gəlib onlara bildirir ki, mən Allahın əmrı ilə dünyaya gəlmişəm. İsa Azərbaycan dilində baş xilaskar, ən böyük xilaskar (Tanrı nəzərdə tutulur), Allahın köməyi, Tanrının yardımı anlamındadır. Dini əfsanələrə görə, İsa Peyğəmbər möcüzələr göstərməyə qadir olmuşdur. Onun möcüzələrindən biri də ölüyə nəfəsi ilə can verməsidir. Şərq poeziyasında da İsa nəfəsi insana ruh verən söz mənasında işlənir. “Quran”da adı çəkilən iyirmi beş peyğəmbərdən biridir. İsa əslində Ulul-əzəm peyğəmbərlərdən olub, İslam terminologiyasında beş əsas əzəmət sahibi peyğəmbrdən birinin adındandır. “Məryəm” surəsində İsa Peyğəmbərdən danışıldıqdan sonra bir neçə peyğəmbərdən də bəhs olunur və bu ayə də İsa Peyğəmbərin İshaq (bax: ad – İSHAQ) Peyğəmbərin nəslindən olduğunu göstə- rir. İsa kişi adı məişətimizdə geniş yayılmış şəxs adları sırasındadır. Azərbaycan antroponimikasında tərkibində İsa adının iştirak etdiyi kifayət qədər mürəkkəb şəxs adları mövcuddur. Məsələn, İsababa (bax: ad – İSABABA), İsaxan (bax: ad – İSAXAN), İsabala (bax: ad – İSABALA), Əlisa (bax: ad – ƏLİSA) və s. Bu gün addan forma- laşmış İsayev, İsazadə soyadları da geniş yayılmışdır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti