Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

İNSAF ərəb.

insaf sözündən olub, dilimizdə vicdan, ləyaqət hissi, öz hərəkətləri üçün mənəvi məsuliyyət hissi, vicdana müvafiq hərəkət, rəhm, mürüvvət, şəfqət, ədalət mənasındadır.

Azərbaycanlı ailələrdə yeni dünyaya gəlmiş övladlara gözəl səslənən, gözəl məna daşıyan sözlərdən yaranmış adlar verməyi çox sevirlər. Bu, artıq əsrlərdən bəri ənənə halını almışdır. İfadə etdiyi mənaya görə xalqımızın sevə-sevə övladlarına qoyduğu adlardan olan İnsaf kişi adı dilimizdə Ədalət (bax: ad – ƏDALƏT), Rəhim (bax: ad – RƏHİM), Mürvət (bax: ad – MÜRVƏT), Şəfaqət (bax: ad – ŞƏFAQƏT) kimi şəxs adları ilə sinonimdir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti