Reklam
Reklam

1. Ərazisi (coğrafi mövqeyi)

Fici Sakit okeanda, Avstraliya Havay adaları arasında yerləşir. 300-dən çox adadan ibarətdir, lakin yalnız 100-ə yaxın adada yaşayış var.

2. Dövlət quruluşu

Parlament Respublikasıdır. Hazırda (2025-ci il) prezident Viliame Katonivere, baş nazir isə Sitiveni Rabukadır. Prezident dövlət başçısıdır, əsasən simvolik rol oynayır. Baş nazir isə hökumətə rəhbərlik edir və icraedici hakimiyyətin başçısıdır.

3. İqtisadiyyatı

Ölkə Sakit okeanın inkişaf etməkdə olan ölkələrindən biridir və iqtisadiyyatı turizmdən və xarici investisiyalardan asılıdır. Ölkənin ən böyük gəlir mənbəyi turizm sektorudur, xüsusilə çimərliklər və dalğıc turizmi məşhurdur. Şəkər istehsalı, balıqçılıq tekstil sənayesi də mühüm sahələrdir.

4. İqlimi və təbiəti

Ölkə tropik iqlimə malikdir, il boyu isti və rütubətli hava üstünlük təşkil edir. Siklonlar əsasən noyabr-aprel aylarında müşahidə olunur. Fici tropik təbiəti ilə tanınır. Ölkə 300-dən çox adadan ibarətdir, onlardan yalnız təxminən 100-ü məskunlaşıb. Relyefi əsasən vulkanik dağlardan, yağış meşələrindən və sahil düzənliklərindən ibarətdir.

5. Görməli yerləri

Denarau adası, Yasava və Mamanuka adaları, Garden of the Sleeping Giant (Nadi şəhəri yaxınlığında), Bouma Milli Parkı və Fidci Muzeyi əsas görməli yerlərdəndir.

6. Təhsil sistemi

Təhsil sistemi Britaniya modelinə əsaslanır. İbtidai və orta təhsil məcburidir və dövlət tərəfindən maliyyələşdirilir. Ali təhsil sahəsində Fici Milli Universiteti Cənubi Sakit Okean Universiteti əsas rol oynayır. Ölkədə həm dövlət, həm də özəl məktəblər fəaliyyət göstərir. Təhsil əsasən ingilis dilində aparılır.

7. Mədəniyyəti

Mədəniyyəti yerli fidci, hind və avropa təsirlərinin qarışığıdır. Ənənəvi fidci rəqsləri, musiqisi və döyüş rəqsləri geniş yayılıb. Meke adlı rəqs və mahnı nümayişləri, Kava içmə mərasimi və taxta oymalar mədəniyyətin vacib hissələridir. Hind icması da öz festivalları və mətbəxi ilə mədəniyyətə böyük təsir göstərir.