Paytaxtı: Bern şəhəri
Sahəsi: 41,290 km²
Əhali sayı: Təxminən 8.7 milyon (2024)
Etnik tərkibi: İsveçrəlilər (əsas etnik qrup), alman, fransız, italyan, retoroman azlıqları və miqrantlar
Rəsmi dilləri: Alman, fransız, italyan, retoroman
Valyutası: İsveçrə frankı (CHF)
Mərkəzi Avropada yerləşir, Almaniya, Fransa, İtaliya, Avstriya və Lixtenşteyn ilə həmsərhəddir.
Federal respublikadır. Hazırda (2025-ci il) prezident Viola Amherddir. Ölkədə prezident birillik müddətə seçilir və əsasən simvolik funksiyalar yerinə yetirir. Ölkənin icraedici hakimiyyəti yeddi nəfərdən ibarət Federal Şura tərəfindən həyata keçirilir. Viola Amherd bu şuranın üzvlərindən biridir.
Ölkə dünyanın ən güclü və sabit iqtisadiyyatlarından birinə malikdir. Bankçılıq, sığorta, saat istehsalı, əczaçılıq, texnologiya və maşınqayırma sahələrində liderdir. İsveçrə qlobal maliyyə mərkəzlərindən biri olmaqla yanaşı, sənaye və ticarət üzrə yüksək ixrac potensialına malikdir. Ölkədə aşağı vergi dərəcələri, güclü innovasiya sistemi və yüksək həyat səviyyəsi iqtisadi inkişafı dəstəkləyir. Əsas ticarət tərəfdaşları Avropa İttifaqı, ABŞ və Çin hesab olunur.
İqlimi mülayimdir, lakin relyefə görə dəyişir. Alp dağlarında qışlar soyuq və qarlı, yaylar isə sərin keçir. Vadilər və düzənliklər isə daha yumşaq iqlimə malikdir. Ölkənin təbiəti çox zəngindir. Yaşıllıqla örtülmüş vadilər və geniş meşə sahələri, həmçinin Cenevrə, Sürix, Luzern gölləri və Reyn çayı yerləşir.
İsveçrə Alp dağları, Sürix, Bern, Lucern və Şillon qəsri, Matterhorn dağı, Cenevrə gölü, Reyn şəlaləsi kimi təbii möcüzələri ilə məşhurdur.
Təhsil sistemi federal idarəetmə əsasında qurulub və kantonlar tərəfindən tənzimlənir. Məcburi təhsil 9 il davam edir. Orta təhsildən sonra tələbələr peşə təhsili və ya ali məktəblərə yönəlirlər. Ölkədə dünya səviyyəli universitetlər fəaliyyət göstərir. Təhsil çoxdilli sistemə əsaslanır və beynəlxalq tələbələr üçün də açıqdır. Ölkənin əsas universitetləri: İsveçrə Federal Texnologiya İnstitutu, Lozanna Federal Politexnik Məktəbi, Cenevrə Universiteti, Bazel Universiteti, Bern Universiteti, Zürix Universiteti.
Mədəniyyəti çoxmillətli və zəngindir. Ölkədə alman, fransız, italyan və retoroman mədəniyyətlərinin təsiri hiss olunur. İsveçrə şokoladı, pendirləri və musiqi festivalları ilə məşhurdur. Ənənəvi xalq festivalları, yodl musiqisi və Alp kəndlərinin unikal mədəniyyəti qorunub saxlanılır. Ədəbiyyat, incəsənət və idman (xüsusilə xizəkçilik) ölkə həyatında mühüm rol oynayır. İsveçrə neytrallığı və beynəlxalq təşkilatlara ev sahibliyi etməsi ilə də tanınır.