Reklam
Reklam

1. Ərazisi (coğrafi mövqeyi)

Karib dənizində, Kiçik Antillər adalar qrupunda yerləşir.

2. Dövlət quruluşu

Parlamentli demokratiya çərçivəsində konstitusiyalı monarxiyadır. Ölkə Böyük Britaniyanın bir hissəsi olduğu üçün dövlət başçısı Böyük Britaniya kralı III Çarlzdır, kralın adadan olan nümayəndəsi isə General-qubernator Errol Çarlzdır. Hazırda (2025-ci il) ölkə başçısı isə Filip J. Pierredir.

3. İqtisadiyyatı

İqtisadiyyat, əsasən, turizm, kənd təsərrüfatı xidmət sektoru üzərində qurulub. Turizm ÜDM-in əsas hissəsini təşkil edir və ölkənin ən böyük gəlir mənbəyidir. Ölkədə kakao və digər tropik meyvələrin istehsalı da mövcuddur. Bankçılıq, maliyyə xidmətləri və beynəlxalq biznes sahələri inkişaf edir.

4. İqlimi və təbiəti

Ölkə tropik iqlimə malikdir, il boyu isti və rütubətli hava hökm sürür. Yağışlı mövsüm iyundan noyabra qədər davam edir. Ada vulkanik mənşəlidir, dağlarla və yağış meşələri ilə örtülüdür. Çimərliklər, termal bulaqlar və məşhur Piton dağları təbiətinin əsas xüsusiyyətləridir.

5. Görməli yerləri

Piton dağları (Gros Piton Petit Piton), Soufriere vulkanı, Göyərçin adası Milli Parkı, Castries bazarı turistlər üçün maraqlı yerlərdəndir.

6. Təhsil sistemi

Təhsil sistemi pulsuz və məcburi ibtidai və orta təhsildən ibarətdir. İbtidai təhsil (5-11 yaş) və orta təhsil (11-16 yaş) dövlət tərəfindən pulsuz təmin edilir. Ser Artur Levi icma kolleci adadakı əsas ali təhsil müəssisəsidir. Ali təhsil üçün tələbələr, əsasən, xaricdə, xüsusilə Karib regionunda, ABŞ Böyük Britaniyada təhsil alırlar. Təhsil sistemi Böyük Britaniya modelinə əsaslanır və ingilis dili tədris dili kimi istifadə olunur.

7. Mədəniyyəti

Mədəniyyəti Karib, Afrika, fransız və ingilis təsirlərinin qarışığından ibarətdir. Musiqi və rəqs burada mühüm yer tutur, xüsusilə Soca, ZoukCalypso janrları məşhurdur. Hər il keçirilən Saint Lucia Caz Festivalı beynəlxalq miqyasda tanınır. Ənənəvi festivalları və karnavalları rəngarəng geyimlər, musiqi və paradlarla qeyd olunur