Paytaxtı: Moqadişo şəhəri
Sahəsi: 637,657 km²
Əhali sayı: Təxminən 17 milyon (2024)
Etnik tərkibi: Əsasən somalilər (təxminən 85%), bəzi ərəb və bantu azlıqları da mövcuddur.
Rəsmi dilləri: Somal və ərəb dili
Valyutası: Somali şillinqi (SOS)
Şərqi Afrikada, Hind okeanı sahilində yerləşir, cənubdan Keniya, qərbdən Efiopiya, şimal-qərbdən Cibuti ilə həmsərhəddir.
Federal parlament respublikasıdır. Hazırda (2025-ci il) prezident Hassan Sheikh Mohamuddur.
İqtisadiyyatı əsasən kənd təsərrüfatı və heyvandarlığa əsaslanır. Ölkə ixracının böyük hissəsini mal-qara, dəri və banan təşkil edir. Balıqçılıq və dəniz ticarəti də əhəmiyyətlidir. Neft və qaz ehtiyatları araşdırılır, lakin sənaye zəif inkişaf edib. Uzunmüddətli siyasi qeyri-sabitlik və münaqişələr iqtisadi inkişafa mane olur.
Ölkə isti və quraq tropik iqlimə malikdir. Yağıntılar azdır, əsasən yarımsəhra və savanna landşaftları üstünlük təşkil edir. Sahilboyu ərazilərdə rütubət yüksəkdir, daxili bölgələrdə isə quraqlıq hökm sürür. Ölkədə akasiya, baobab ağacları və çöl bitkiləri yayılmışdır. Vəhşi heyvanlardan şirlər, çitalar, zürafələr və antiloplar rast gəlinir.
Moqadişu çimərlikləri, Laas Geel mağara rəsmləri, Zeila şəhəri və Berbera limanı tarixi və turristlər üçün maraqlı məkanlar arasındadır.
Təhsil sistemi zəif inkişaf edib və əsasən özəl və beynəlxalq təşkilatların dəstəyi ilə fəaliyyət göstərir. Rəsmi olaraq ibtidai, orta və ali təhsil pillələrindən ibarətdir. Əhalinin böyük hissəsi savadsızdır, lakin son illərdə yeni məktəblər və universitetlər açılır. Əsas ali təhsil müəssisəsi Somali Milli Universitetidir.
Mədəniyyəti əsasən islam və yerli Somali ənənələrinin qarışığından ibarətdir. Musiqi, şeir və rəqs xalq arasında geniş yayılıb. Xüsusilə "hees" adlanan ənənəvi mahnılar və epik şeirlər məşhurdur. Ənənəvi geyimlərə "ma'awiis" və "dirac" daxildir. Mətbəxində düyü, ət və ədviyyatlar üstünlük təşkil edir. Toxuculuq, xalçaçılıq və keramika kimi sənətkarlıq növləri də geniş yayılıb.