Paytaxtı: Banqkok şəhəri
Sahəsi: Təxminən 513,120 km²
Əhali sayı: Təxminən 70 milyon (2024)
Etnik tərkibi: Taylar (təxminən 75%), çinlilər, malaylar, mon-kxmer və digər azlıqlar
Rəsmi dili: Tay dili
Valyutası: Tay bahtı (THB)
Tailand Cənub-Şərqi Asiyada yerləşir. Şimalda Myanma və Laos, şərqdə Kamboca, cənubda Malayziya, qərbdə Andaman dənizi ilə sərhədlənir.
Konstitutsiyalı monarxiyadır. Hazırda (2025-ci il) prezident Kral Maha Vajiralongkorn, hökümət başçısı isə Baş nazir Srettha Thavisindir.
İqtisadiyyatı Asiyanın ən güclü və diversifikasiya olunmuş iqtisadiyyatlarından biridir. Ölkə turizm, kənd təsərrüfatı, sənaye və texnologiya sahələrinə əsaslanır. Düyü, kauçuk, dəniz məhsulları və meyvə əsas ixrac məhsullarıdır. Ölkə Cənub-Şərqi Asiyanın ən böyük avtomobil istehsalçılarından biridir və "Asiyanın Detroiti" adlanır. Ölkədə əsasən yapon və qərb brendlərinin avtomobillər (Toyota, Mitsubishi, Honda, Mazda, Mercedes-Benz, Ford, BMW) istehsal olunur. Tailand ASEAN iqtisadi blokunun üzvüdür və dünya bazarları ilə sıx ticarət əlaqələrinə malikdir.
Ölkə tropik musson iqliminə malikdir. İldə üç fəsil var: isti mövsüm (mart-may), yağışlı mövsüm (iyun-oktyabr) və sərin mövsüm (noyabr-fevral). Temperatur orta hesabla 25-35°C arasında dəyişir. Ölkə sıx tropik meşələrlə, çaylarla, mangrov bataqlıqlarıyla və çimərliklərlə zəngindir.
Banqkokdakı Böyük Saray, Vat Arun məbədi, Phuket adası, Pattaya çimərlikləri, Ayutthaya tarixi şəhəri və Chiang Mai məbədləri turistlər üçün məşhurdur.
Tailandda təhsil sistemi 6 il ibtidai, 3 il orta və 3 il yuxarı orta məktəbdən ibarətdir. 9 illik təhsil məcburidir, lakin şagirdlər 12 ilədək ödənişsiz təhsil ala bilərlər. Ali təhsil universitetlər, texniki və peşə məktəblərində verilir. Çulalonkorn və Mahidol kimi universitetlər beynəlxalq səviyyədə tanınır. Təhsil əsasən tay dilində aparılır, lakin ingilis dili də geniş yayılıb.
Ölkənin əsas universitetləri: Çulalonkorn Universiteti, Mahidol Universiteti, Kasetsart Universiteti, Çianq MayUniversiteti, Thammasat Universiteti, Kral Mongkut Texnologiya Universiteti Tonburi, Songkla Şahzadəsi Universiteti.
Mədəniyyəti buddizm və ənənəvi Tay adətləri əsasında formalaşıb. Tay rəqsləri, milli geyimlər və bədii sənətkarlıq geniş yayılıb. Mətbəxi ədviyyatlı yeməkləri ilə məşhurdur. Songkran (Su Festivalı) və Loy Krathong ən məşhur bayramlardandır. Ədəbiyyat, musiqi və döyüş sənətləri də ölkənin mədəni kimliyində mühüm rol oynayır.