Reklam
Reklam

1. Ərazisi (coğrafi mövqeyi)

Sakit Okeanın cənubunda, Polineziyada yerləşən ada dövlətidir.

2. Dövlət quruluşu

Konstitutsiyalı monarxiyadır. Hazırda (2025-ci il) dövlət başçısı Tonqa Kralı VI Tupou, hökümət başçısı isə Baş nazir Siaosi Sovalenidir.

3. İqtisadiyyatı

İqtisadiyyatı əsasən kənd təsərrüfatı, balıqçılıq və turizmə əsaslanır. Ölkənin əsas ixrac məhsulları hindqozu, vanil, balıq və baldır. Xaricdə yaşayan tonqalılardan gələn pul köçürmələri iqtisadiyyat üçün vacibdir. İnfrastruktur və xidmət sektoru inkişaf etsə də, ölkə idxaldan çox asılıdır.

4. İqlimi və təbiəti

Ölkə tropik iqlimə malikdir, il boyu isti və rütubətli hava şəraiti hökm sürür. Yağışlı mövsüm noyabrdan aprelə qədər davam edir. Adalar mərcan rifləri, vulkanik mənşəli dağlar və sıx tropik meşələrlə örtülüdür.

5. Görməli yerləri

Tonqa Krallıq Sarayı, Vaea-nın nəfəsi (şırıldayan qayalar), Maui-nin yükü daş qapısı və gözəl çimərliklər turistlər üçün məşhurdur.

6. Təhsil sistemi

Təhsil sistemi pulsuz və məcburidir. Məktəb təhsili ibtidai, orta və ali təhsil səviyyələrinə bölünür. Ölkədə Tonqa Universiteti və müxtəlif peşə məktəbləri fəaliyyət göstərir. Təhsil əsasən ingilis və tonqa dillərində aparılır. Hökumət və dini qurumlar təhsilin inkişafında mühüm rol oynayır.

7. Mədəniyyəti

Mədəniyyəti Polineziya ənənələrinə əsaslanır və ailə, hörmət, dini dəyərlər böyük əhəmiyyət daşıyır. Ənənəvi "kava" mərasimləri, "Lakalaka" "Maʻuluʻulu" kimi rəqslər, eləcə də tonqalılara xas tapa döymələri mədəniyyətin vacib hissəsidir. Musiqi və rəqslər festivallarda və dini mərasimlərdə geniş yer alır. Ənənəvi geyimlərdən biri "taʻovala" adlı toxunmuş matlardır.