Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

açıqlıq [açıxlıx] isim

1. Açıq yer, düzəngah, açıq sahə, meydan; tikintisiz yer, boş yer. □ Məktəbin dalı açıqlıqdır. Açıqlıqda binalar tikilmişdir.

2. İki şey arasındakı boşluq, aralıq, məsafə. □ Səbətləri açıqlığa qoy ki, gələn-gedən yaxşı görsün.

3. Aydınlıq, təmizlik, buludsuzluq. □ Səmanın açıqlığı. Göy üzünün açıqlığı insanda xoş əhvali-ruhiyyə yaradır.

4. Açıq, örtüsüz, qapalı olmayan bir şeyin halı.

5. Məcazi mənada: səmimilik, ürəyiaçıqlıq, qəlbini gizlətməmə. □ O, mənimlə tam açıqlığı ilə danışıb ürəyini boşaltdı.

See also:

jurnalistika: informasiyanın açıqlığı Azərbaycan dilinin izahlı lüğəti