Sözün kökünə və ya başlanğıc formasına qoşularaq onun mənasını dəyişən morfem, şəkilçi.
Ümumi dilçilikdə həm də formal morfem adlandırılan affikslərin üç növü vardır: infiks (iç şəkilçi), prefiks (sözönü şəkilçi), suffiks (sözsonu şəkilçi). Affiks termini orta əsrlərdə yaranmış, XVI-XVII əsrlərdən etibarən geniş işlədilməyə başlanmışdır.
Həmçinin bax: şəkilçi.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti