Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

afişa

fr. affiche – elan

1) Hər hansı mədəni tədbir – teatr tamaşası, konsert və s. haqqında elan; reklam, məlumat nəşri.

Afişa küçə reklamının bir növüdür. Burada tama­şanın keçirildiyi yer (teatr, konsert zalı), tamaşanın adı, rejissor, baş rolların ifaçıları və s. haqqında məlumat verilir.

2) Dram əsərinin surətlər haqqında məlumat verilən başlanğıc hissəsi.

Afişada surətlərin adı, zahiri görkəmi, ge­yimi, yaşı və s. haqqında məlumat verilir. Milli dra­ma­tur­giyamızda afişa “əhli-məclis”, “əfrad”, “əşxas”, “iştirak edən­lər” və başqa ad­lar ilə ifadə olunub.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti