afiyat sözü bir neçə mənada işlənir: 1. Cansağlığı, sağlamlıq, səhhət. 2. Cansağlığı, sağlamlıq arzusu ilə deyilən ifadə (məsələn, su içənlərə və s.).
Afiyət şəxs adı sözün birinci mənası ilə əlaqədardır. Azərbaycan antroponimikasında müştərək şəxs adları sırasında olan Afiyət şəxs adı övladın sağlam böyüməsi, çox yaşamasını arzu etmək məqsədilə qoyulan adlar sırasındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti