Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

AĞABƏY azərb.

mürəkkəb adların tərkibində işlənən arxaikləşmiş ağa bay titullarının, həm də mənaca daralan sinonim sözlərin birləşməsindən əmələ gəlmiş şəxs adıdır. Azərbaycanın bəzi bölgələrində böyük qardasa hörmət məqsədilə müraciət formasıdır, həmçinin ailədə gəlin hörmət naminə böyük qaynına belə müraciət edir. Bəy sözünün həm də hörmət mənasında müraciət forması nəzərə alınarsa, Ağabəy (bax: ad – AĞA; BƏY) kişi adı ehtiram, hörmət naminə ailədə, qonşuluqda, qohum-əqrəbada yaşca, tutduğu mövqeyə görə, özündən yaşlı kişilərə müraciət forması olmuş, sonralar müstəqil kişi adı kimi formalaşmışdır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti