Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

ağaclıq [ağaşdıx] isim

1. Çoxlu ağac bitmiş yer, meşəlik. Kəndin yanı ağaclıq idi.

2. Sifət kimi: ağacları çox olan. Şəhərin hər tərəfi ağaclıq yerlərlə dolu idi.

3. Arxaizm. Numerativ söz kimi: təxminən 6-7 kilometrə bərabər uzunluq ölçüsü. Mənim adətimdir: bir yerdə dustaqxana adı gələndə, gərək iki ağaclıqdan qaçam, yox olam (C.Məmmədquluzadə).

4. Dialekt. İri güllü, tikanlı ot adı.

Azərbaycan dilinin izahlı lüğəti