Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

AĞAVERDİ azərb.

mürəkkəb adların tərkibində işlənən arxaikləşmiş ağa titulunun və Verdi adının birləşməsindən əmələ gəlmiş şəxs adıdır.

Ağaverdi (bax: ad – AĞA; VERDİ) kişi adı hərfi mənada hər şeyə qadir olan ağanın (Tanrının) verdiyi, bəxş etdiyi kimi anlaşıla bilər. Qədim adlardan hesab edilir. Ağaverdi şəxs adında vermək, bəxş etmək hər şeyə qadir olan Tanrıya, müqəddəslərə, ziyarətgahlara, pirlərə, ocaqlara aid edilir. Gecə-gündüz dua edib, nəzir-niyaz verib övladı olanlar bunu Yaradanın adı ilə bağlayırdılar. Bu səbəbdən də Tanrının verdiyi pay, bəxşiş kimi dəyərləndirərək, övlada da uyğun ad vermişlər. Azərbaycan antroponimikasında Yaradanın, Allahın bəxş etdiyi övlad mənasında kifayət qədər şəxs adları mövcuddur. Ağaverdi adı da bu qəbildən olan kişi adlarındandır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti