Ağ sözünün bir mənası mənbələrdə “göz yaşı” kimi izah olunub. Ağla(maq), ağı demək sözləri həmin kökdən əmələ gəlib. Söz, əslində, çağı kimi olub və “su” mənasını verir. Yağış (çağış), yaş (çaş), çiskin, çən, cürdək, cuvar, carla(maq), çiy, çağla, çala kimi sözlərin hamısı su ilə bağlıdır və tarixən eyni sözdən əmələ gəlib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti