Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

ağızlıq [ağızdıx] isim

1. Mayeni bir qabdan başqa ağzı dar qaba tökmək üçün yuxarısı enli, aşağısı dar alət; qıf.
2. Qab və s.-nin ağzına qoyulan qapaq, tıxac və s.
3. Atın və başqa heyvanların ağzına vurulan saman torbası; qapan itlərin, yaxud başqa heyvanların üzünə keçirilən tor və s. Ətrafdakılara zərər verməsinlər deyə heyvanların ağzına ağızlıq taxılırdı.
4. At yüyəninin ağıza keçirilən dəmir hissəsi. At üçün ağızlığı paslanmayan metaldan düzəldirlər.
5. Telefon dəstəyinin ağıza tutulan tərəfi. Qız səsini çatdırmaq üçün telefonun ağızlığını lap yaxına tutmuşdu.
6. Nəfəslə çalınan musiqi alətinin ağıza salınan hissəsi; müştük.
7. Bax: ağızotu.

Azərbaycan dilinin izahlı lüğəti