Acı sözünün qədim mənalarından biri “ağrımaq” deməkdir və qaqauz dilində indi də qalmaqdadır: onlarda “aceer ayaam” – cümləsi ayağım ağrıyır anlamını əks etdirir. Halına acımaq sözü də məhz ağrımaq anlamını ifadə edir (onun halı məni ağrıdır). Ehtimal ki, haqqında danışdığım söz (acı) elə ağrı kəlməsinin dəyişmiş formasıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti