lat. accentus – vurğu, səsin yüksəldilməsi
1. Nitqdə, təsvirdə, musiqidə diqqətin müəyyən detallara yönəldilməsi üçün onların müxtəlif üsullarla vurğulanması və başqalarından fərqləndirilməsi.
Şifahi nitqdə buna bəzi sözləri, ifadələri daha yüksək tonla səsləndirməklə, intonasiya ilə nail olunur. Yazıda eyni məqsədlə konkret mövzuya, problemə daha geniş yer ayrılır, yaxud mətnin bir hissəsi xüsusi olaraq işarələnir. Təsvirdə isə A. kadrın hər hansı detalını önə çıxarmaq, onu ayrıca işıqlandırmaq kimi üsullarla yaradılır.
2. Əcnəbilərin, müəyyən ərazidə yaşayan əhali qrupunun nitqində özünü göstərən səs-intonasiya elementi.
Jurnalistika terminləri lüğəti