Reklam
Reklam

Etimologiya lüğəti

al1

Dilimizdə “Sənə al da geysən, yaraşır, şal da geysən” cümləsi var. Al sözü “na­rıncı (оранжевый) rəngdə olan ipək parça” deməkdir. Bir mənası da “parlaq” (сияющий) deməkdir; bu mənada yal kimi də yazılıb. Görünür alov (yalov) sözü ilə qohumdur və “od rəngində olan”deməkdir. “Разноцветный” mənasını əks etdirən ala sözü də bu fikrə haqq qazandırır. Deməli, al sözü rəng bildirən sifətdir və al qırmızı birləşməsindəki al sözü ilə qohumdur. Bəzilərinə görə, farsca “qıp­qır­mızı” deməkdir. Məncə, türk mənşəlidir və alov, ulduz kimi sözlərlə qohum­dur, “od rəngi” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

al2

“Ön” deməkdir. Tatar dilində allı-artlı sözü “qabaqlı-dallı” (друг за другом) kimi izah olunur. Alın sözü də burdandır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

al3

Ərəbcə “ailə”, “nəsil” deməkdir. Alosman “Osman nəsli”dir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

al4

El arasında zahı qadınlar xəstələnəndə “hal aparıb” deyirlər. Sözün əsli aldır və ərəbcədir, “ifritə”, “qulyabanı”deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti