Reklam
Reklam

Tarix terminləri lüğəti

Albion

lat. albus – ağ; kelt. albainn – dağlıq ada

Böyük Britaniya adasının qədim romalılar tərəfindən verilmiş ən qədim adı.

Bilavasitə A. sözünün etimologiyasına gəlincə isə burada iki fərqli mülahizə var:

1) qədim romalılar gəmilərlə La-Manş tərəfdən Britaniya adalarına yaxınlaşarkən sahildəki təbaşirli süxurlardan ibarət olan qayaların ağ rəngi onları valeh edib, buna görə də ada latınca “albus” (ağ) sözünə uyğun A. adlandırılıb;

2) La-Manşın fransız sahilləri düzənlik olduğu halda, Britaniya sahili qayalıqdır. Bu səbəbdən qədim romalılar adaya kelt dilindəki albainn (dağlıq ada) anlayışına uyğun A. adı veriblər. Bu söz çox nadir hallarda tək istifadə olunur, əksər hallarda “dumanlı Albion” və ya “məkrli Albion” kimi ifadələrin tərkibində işlədilir. Birinci halda Böyük Britaniyanın təbiətinə, ikinci halda isə hiyləgər ingilis siyasətinə işarə edilir.

Tarix terminləri lüğəti