Əli adı və Əli ... ilə başlayan mürəkkəb adların əzizləmə və oxşama məzmunlu formasıdır, rus dilinin təsiri ilə yaranmış kişi adıdır.
Sovet dövründə İslam dini ilə əlaqədar bir çox şəxs adlarının əksəriyyəti bilərəkdən ya təhrif olunur, ya dəyişdirilir, ya da rus dilinə yaxın işlədilirdi. Məsələn, rəsmi sənədlərdə Məhəmməd kişi adı təhrif olunaraq Mamed, Hüseyn kişi adı Useyn kimi dəyişdirilirdi, müvafiq olaraq soyadlar da Mamedov, Useynov kimi yazılırdı. Alik də Azərbaycan antroponimikasına bu yolla daxil olmuş kişi adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti