Reklam
Reklam

Etimologiya lüğəti

alınmaq1

Tarixən balanı öz anasını əmməyə öyrətməyə “aldırmaq” (alışdırmaq) demişik. İndi də iş alınmadı (baş tutmadı) deyirik. Tərbiyədə alışdırma metodu mövcuddur. Almaq sözünün qədim mənalarından biri “öyrətmək, adət etdirmək, baş tutmaq” deməkdir. Söz elə indiki al (götür, qəbul et) kəlməsi ilə eynidir. Söhbətimiz alınmadı o deməkdir ki, “bir-birimizin fikrini qəbul edə bilmədik”. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

alınmaq2

Adam namünasib bir sözü, fikri öz ünvanına qəbul etdikdə pərt olur. Buna alınmaq deyilir. Sözün kökü “qırmızı” mənasını verən al kəlməsindən iba­rət­dir. Bərk-i-mək modeli üzrə al-ı feli düzəlib, sonra həmin söz qayıdış şəklində (al-ı-ın-maq) işlədilib. Allanmaq(al, qırmızı boyanmaq) sözü də alınmaq kəlməsi ilə kökdaşdır. “Filankəsin sifəti allandı” (qızardı) cümləsində də allanmaq “qırmızı” mənası ilə bağlıdır. Rus dilində işlədilən алый sifəti də buradan törəyib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti