►Düzgün, əxlaqlı insan olmaq, Allaha sədaqətlə xidmət etmək, onun göndərdiyi hər şeyə (hətta bəlaya da) şükür etmək, aza qane olmaq.
İfadə Həzrət İbrahimin dilindən söylənilən və insanın Allah sevgisi ilə bağlı olan bir rəvayətdən qaynaqlanır.
Həmin rəvayət belə nəql olunur ki, «bir dəfə mən bazardan qul aldım və ondan soruşdum ki, «adın nədir?»
– O cavab verdi ki, «ürəyin nə istəyirsə, o».
– Mən ondan soruşdum ki, «nə yemək istəyirsən?»
– Cavab verdi ki, «mənə nə verəcəksənsə, onu».
– Soruşdum ki, «əyninə nə geyim istəyirsən alım?»
– O cavab verdi ki, «nə alacaqsansa, onu».
– Soruşdum ki, «hansı işin qulpundan yapışmaq istəyirsən?»
– Cavabında dedi ki, «mənə buyuracağın işin».
– Soruşanda ki «bəs sən özün nə istəyirsən?».
– O cavab verdi ki, «mən qulam, nə istəyə bilərəm ki?!»
– Onda mən özlüyümdə düşündüm ki, kaş mən də uca Allahıma belə sadiq qul ola biləydim».
El arasında bu ifadə «Allahına bəndəlik etmək» şəklində də işlənir.
Məsəllər, deyimlər