fr. allusion – zarafat, eyham < lat. alludere – zarafat etmək, eyham vurmaq
Üslubi fiqur: hər hansı fikri daha qabarıq ifadə etmək üçün məşhur deyimlərin və ya şəxs adlarının işlədilməsi.
Bu cür ifadələr konkret rəvayət və ya şəxs adı ilə assosiasiya olunduğundan nitqi daha obrazlı və təsirli edir; məs.: “O olmasın, bu olsun”, “Onun Axilles dabanı”, “Donkixotluq eləmək”, “Kim yatmış, kim oyaq” və s.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti