mürəkkəb adların tərkibində işlənən arxaikləşmiş titul bildirən alp və mürəkkəb adların yaranmasında iştirak edən ay sözlərinin birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Alpay (bax: ad – ALP; AY) kişi adı igid, cəsur, ər mənasındadır. Məlum olduğu kimi, Azərbaycan antroponimikasında mövcud bir sıra kişi adlarının tərkibində işlənən “ay” sözü şəxs adlarının tərkibində “ər” mənasını ifadə edir. Məsələn, Sabutay (bax: ad – SABUTAY), Xasay (bax: ad – XASAY), Tokay (bax: ad – TOKAY) və s. Bu şəxs adlarında “ay” kişi, igid mənasındadır. Alp və ay sözlərinin birləşməsindən igid, cəsur ər, kişi mənasını verən Alpay antroponimi yaranmışdır. Bəzi lüğətlərdə Alpay şəxs adının kiçik qəhrəman, kiçik pəhləvan, balaca qəhrəman mənasında olduğu qeyd edilir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti