Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ALQAYIT azərb.

əmr şəklində olan iki feilin - al qayıt feillərinin birləşməsindən əmələ gəlmiş şəxs adıdır. Alqayıt al, geri qayıt anlamına gəlir.

Bu gün Alqayıt kişi adı məişətimizdə elə də geniş yayılmamışdır. Adın daşıyıcılarından Azərbaycanda el şairi kimi məşhurlaşmış Alqayıt Xəlilov (1941-2013) xalq şeiri üslubunda yazdığı lirik əsərləri ilə xalqın ürəyinə yol tapa bilmişdi.

Azərbaycan şəxs adlarının izahlı lüğəti