Qarşıya qoyulan məsələni həll etmək üçün vacib olan əməliyyatlar ardıcıllığı.
«Alqoritm» sözü böyük riyaziyyatçı əl-Xarəzminin adından yaranıb. Hər bir əməliyyat ayrılıqda alqoritmin addımıdır. Addımlar nizamlı olmalıdır. Alqoritmlər sözlə, işarələrlə, sxemlə verilə bilər. Addımların yerinə yetirilmə ardıcıllığına görə alqoritmlər üç növə ayrılır: xətti alqoritmlər, budaqlanan alqoritmlər, dövri alqoritmlər.
İbtidai siniflər üçün terminlər lüğəti