yun. anakoluthos – ardıcıl olmayan, məntiqsiz
Fikrin bədii təsir gücünü artırmaq məqsədilə cümlənin elementləri arasında sintaktik əlaqənin, qrammatik normanın pozulması.
Cümlə üzvləri sintaktik normalar yox, məna əsasında birləşir. Daha çox atalar sözü, bayatı kimi janrlarda rast gəlmək mümkündür: Sən ağa, mən ağa, inəkləri kim sağa. Azacıq aşım, ağrımaz başım. Birinci cümlədə xəbər gözlənilmədən feilin arzu şəklində işlənir, ikinci cümlənin sadə cümlə təsiri bağışlayan tərkib hissəsi söz birləşməsi şəklində verilir. A. qrammatik normanı pozsa da, lakonizmi və nitqin ekspressivliyini artırır.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti